11:57 18 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9097
Ana qızı ilə, arxiv şəkli

Qaynana gəlinlə nəvəsini çölə atıb

CC0 / Sasin Tipchai / Mother & daughter
CƏMİYYƏT
Qısa URL
173 0 0

Qaynana üz-çənə nahiyəsində "qüsur" olan gəlinindən imtina edir

BAKI, 26 may — Sputnik. “1 qadın 3 yaşlı övladı ilə birgə polis tərəfindən sığınacağımıza gətirilib. Qadının görkəmində, üz-çənə nahiyəsində müəyyən fiziki qüsurların olmasını əsas gətirən qaynanası onunla yola getmir. Qaynana deyir ki, mənə belə gəlin lazım deyil”. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Uşaqlar Birliyinin (AUB) sədri Kəmalə Ağazadə məlumat verib.

O bildirib ki, hazırda gəlinin ailəsi ilə söhbətlər aparılır. Qaynana gəlinlə yola getmədiyini əsas gətirir.

“Qadın özü övladı ilə birgə evdən qovulması haqda polisə müraciət edib”, – deyə birlik rəhbəri əlavə edib. K.Ağazadə qadının əri ilə rəsmi münasibətdə olduğunu da diqqətə çatdırıb.

Əsas mövzular