BAKI, 25 may — Sputnik. Bu gün "Rossiya seqodnya" media qrupunun postsovet məkanındakı ən uğurlu layihələrindən birinə çevrilmiş Sputnik Azərbaycan-ın 4 yaşı tamam olur. Aylıq təxminən 1,5 milyon nəfərlik auditoriyası ilə o, respublikanın onlayn KİV-nin ilk üçlüyündə inamla öz yerini tutur.
"Ötən dörd il ərzində biz tanınmışıq, necə deyərlər, öz oxucumuzu tapmışıq. Bizim üçün saytımıza oxucuların böyük əksəriyyətinin - 70%-nin məhz Azərbaycandan daxil olması çox vacib amildir. Qazandığımız uğurlarla kifayətlənmək niyyətində deyilik, əminik ki, auditoriyanı hər keçən həftə daha da artıracağıq" – deyə Sputnik Azərbaycan-ın rəhbəri Əziz Əliyev bildirir.
50 nəfər jurnalistin çalışdığı Bakı redaksiyası ən müxtəlif media kontentini istehsal edir. Bura xəbərlər, lonqridlər, infoqrafikalar, foto və videoreportajlar daxildir. Ötən il Sputnik Azərbaycan Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun resursları arasında ilk olaraq öz saytında (rus versiyasında) Style bölməsini təqdim edib. Bu bölmədə oxucular "Dəb", "Gözəllik", "Həyat tərzi" və "Qəhrəmanlar" mövzuları üzrə xəbərlər və məqalələrlə tanış olur, həmçinin dizayn, kosmetologiya, fitnes, tibb, kulinariya və s. sahələrdəki aktual tendensiyalarla bağlı suallarına cavablar alırlar. Style bölməsi hər gün yenilənir. Onun bütün mətnlərinə işlək həştaqlar əlavə olunur.
2017-ci ilin dekabrından Bakıda SputnikPro proqramının pilot ustad dərsləri keçirilib. Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun jurnalistlər, müvafiq ixtisaslı ali məktəb tələbələri, mətbuat xidmətləri əməkdaşları üçün nəzərdə tutulan bu layihəsi əcnəbi həmkarlarla təcrübə mübadiləsinə, mediakommunikasiya və peşəkar əlaqələrin inkişafına yönəlib. Proqramın mövcud olduğu dövr ərzində Sputnik Azərbaycan uğurla onun 7 modulunu həyata keçirib.
Özündə 32 dildə yayımlanan saytları, analoq və rəqəmsal radioyayımlarını, mobil versiyaları və sosial şəbəkələrdə rəsmi səhifələri birləşdirən Sputnik xəbər lenti dünyanın 90-dan artıq şəhərində və internetdə rus, ingilis və fransız dillərində yayımlanır. Sputnik-in xəbər lenti sutka ərzində dünyanın aparıcı nəşrlərini ingilis, ərəb, ispan, Çin və fars dillərində məlumatlarla təmin edir.
Sputnik-in informasiya resurslarının auditoriyası ayda 60 milyondan artıq ziyarətçidən ibarətdir. Veybo-da Sputnik China hesabının təqibçilərinin sayı 10 milyondan çoxdur. Pekindən Montevideoya qədər bütün dünya üzrə 22 redaksiya mərkəzində onlarla millətin mindən artıq nümayəndəsi işləyir.
Sputnik "Rossiya seqodnya" mediaqrupuna daxildir. Sputnik-in baş ofisi Moskvada yerləşir.