CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda oxla öldürülmüş insanların sümükləri tapılıb - FOTO

© REPORTQazaxda oxla öldürülmüş 5 insanın sümükləri tapılıb
Qazaxda oxla öldürülmüş 5 insanın sümükləri tapılıb - Sputnik Azərbaycan
Abunə olmaq
Qəbirlərdə tapılan insan sümüklərinin bəziləri deformasiyaya uğrasa da, arxeoloqlar tədqiqat işlərini davam etdirirlər

BAKI, 24 may — Sputnik. Qazax rayonunda arxeoloji tədqiqatlar zamanı oxla öldürülmüş insan sümükləri tapılıb.

© REPORTQazaxda oxla öldürülmüş 5 insanın sümükləri tapılıb
Azərbaycanda oxla öldürülmüş insanların sümükləri tapılıb - FOTO  - Sputnik Azərbaycan
Qazaxda oxla öldürülmüş 5 insanın sümükləri tapılıb

Sputnik Azərbaycan-ın "Report"a istinadla məlumatına görə, arxeoloji qazıntılar yeni inşa olunan Gəncə-Qazax-Gürcüstan magistralının Qazax rayonunun Qazaxbəyli kəndi ərazisindən keçən hissəsində aparılıb. Burada, son tunc erkən dəmir dövrünə aid çox sayda maddi mədəniyyət nümunələri və arxeoloji materiallar aşkarlanıb. Bundan başqa, ərazidə aparılan arxeoloji qazıntılar zamanı eramızdan əvvəl 2-ci minilliyin sonu, 1-ci minilliyin əvvəllərinə aid 5 qədim qəbir aşkarlanıb. Həmin qəbirlərdə olan sümüklər oxla öldürülmüş insanın sümükləridir. Əksər qəbirlərdə ox hələ də sümüyə sancılı vəziyyətdə qalıb. Ərazidən həmçinin daşdan hazırlanmış əmək alətləri, gil qablar, müxtəlif materiallardan olan muncuqlar, dəmir ucluqlu ox başlıqları, xəncərlər, nizə ucluqları da aşkar edilib.

Qəbirlərdə tapılan insan sümüklərinin bəziləri deformasiyaya uğrasa da arxeoloqlar tədqiqat işlərini davam etdirirlər. Qazıntı zamanı sümüklərin yerli əhaliyə aid olduğu məlum olub.

© REPORTQazaxda oxla öldürülmüş 5 insanın sümükləri tapılıb
Qazaxda oxla öldürülmüş 5 insanın sümükləri tapılıb - Sputnik Azərbaycan
1/4
Qazaxda oxla öldürülmüş 5 insanın sümükləri tapılıb
© REPORTQazaxda oxla öldürülmüş 5 insanın sümükləri tapılıb
Qazaxda oxla öldürülmüş 5 insanın sümükləri tapılıb - Sputnik Azərbaycan
2/4

3/4

4/4

Qeyd edək ki, "Əziztəpə" abidəsinin ərazisi 3 hektara yaxın sahəni əhatə edir. Lakin yol dəhlizinə düşən hissədə aparılan tədqiqatlar nəticəsində bu abidənin yalnız bir hissəsi öyrənilib. Abidənin gələcəkdə kompleks şəkildə öyrənilməsi üçün işlər davam etdiriləcək.

Xəbər lenti
0