CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baş nazir "DOST" mərkəzi ilə bağlı qərar verdi

© Sputnik / Murad OrujovAzərbaycanın Baş naziri Novruz Məmmədov
Azərbaycanın Baş naziri Novruz Məmmədov - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Prezidentinin 2018-ci il 10 dekabr tarixli fərmanının 7.4-cü bəndinin icrasını təmin etmək məqsədilə verilib

BAKI, 24 may — Sputnik. "DOST" mərkəzlərinin Nümunəvi Nizamnaməsi" təsdiq edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Baş Nazir Novruz Məmmədov qərar verib.

Qərar "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Prezidentinin 2018-ci il 10 dekabr tarixli fərmanının 7.4-cü bəndinin icrasını təmin etmək məqsədilə verilib.

Qeyd edilib ki, bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə"nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Xəbər lenti
0