00:38 21 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.9143
İstanbulun ümumi görüntüsü

Azərbaycanlıların Türkiyədə daşınmaz əmlak marağı sürətlə artır

© Sputnik / Irade JELIL
CƏMİYYƏT
Qısa URL
780 0 0

Bu ilin başlanğıcından aprel ayına qədər azərbaycanlılar qardaş ölkədə 374 mənzil alıblar ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 45,5% yüksək göstəricidir

BAKI, 22 may — Sputnik. Azərbaycan vətəndaşları 2019-cu ilin aprel ayında Türkiyədə 87 mənzil alıblar. Bu isə 2018-ci ilin apreli ilə müqayisədə 27,9% çoxdur. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Türkiyənin Statistika İnstitutunun hesabatında bildirilir.

Qeyd edək ki, Türkiyədə daşınmaz əmlak əldə etmək digər ölkələrin vətəndaşları arasında da olduqca populyardır. Azərbaycanlılarla yanaşı bu ilin aprelində Türkiyədə 533 İraq, 395 Səudiyyə Ərəbistanı, 332 İran, 202 Küveyt, 202 Rusiya, 189 Əfqanıstan, 149 İordaniya, 148 Yəmən, 122 Almaniya, 120 Fələstin, 94 Böyük Britaniya, 88 Misir vətəndaşı mənzil alıb. Türkiyədə 656 mənzili də digər xarici ölkələrin vətəndaşları əldə edib.

Ümumilikdə, bu ilin başlanğıcından aprel ayına qədər azərbaycanlılar qardaş ölkədə 374 mənzil alıblar ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 45,5% yüksək göstəricidir.

Yanvar-aprel aylarında Türkiyədə ən çox mənzil alanlar İraq vətəndaşları (2,314 ) olub. İranlılar bu ilin 4 ayı ərzində Türkiyədə 1 278, səudiyyəlilər 835, rusiyalılar 789, əfqanıstanlılar 696, küveytlilər 605, iordaniyalılar 526, yəmənlilər 509, almaniyalılar 464, fələstinlilər 417 mənzil əldə ediblər. Bu ilin ilk dörd ayında digər xarici ölkə vətəndaşları Türkiyədə 2514 mənzil əldə ediblər ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 77,1% çoxdur.

2019-cu ilin 4 ayında Türkiyədə mənzil əldə edən xarici ölkə vətəndaşlarının siyahısında Azərbaycan 11-ci yerdədir.

2018-ci ilin yekunlarına görə, azərbaycanlılar Türkiyədən 1250 mənzil alıblar. Ümumilikdə 2018-ci ildə xarici ölkə vətəndaşlarının Türkiyədə aldığı mənzillərin sayı 40,044-dür. Bu isə 2017-ci illə müqayisədə 78,5% çoxdur.

2018-ci ildə xarici ölkə vətəndaşına ən çox mənzil İstanbulda satılıb (14 270). Daha sonrakı yerləri 7 938 mənzillə Antalya, 2 720 mənzillə Bursa və 2133 mənzillə Ankara tutur.

Əsas mövzular