CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nikah və boşanmaların sayı açıqlandı

CC0 / Pexels / BrideBəy və gəlin
Bəy və gəlin - Sputnik Azərbaycan
Abunə olmaq
Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,4, boşanmaların sayı isə 1,6 olub

BAKI, 18 may — Sputnik. 2019-cu ilin ilk üç ayı ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 13 191 nikah və 3972 boşanma halları qeydə alınıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,4, boşanmaların sayı isə 1,6 olub.

Ümumilikdə Azərbaycanda boşananlar arasında nikahları 9 ilədək davam edənlərin sayı nisbətən azdır.

Nikahları 10 il və daha çox davam edənlərin boşanma sayı isə çoxdur və bu say 5 ilədək evli qalanlardan sonra ikinci yerdə gəlir.

Xəbər lenti
0