CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qeyri-adi Vətən sevdalısı evində kiçik Azərbaycan yaradıb

© Sputnik / Leyla AbdullayevaAzərbaycan bayrağı
Azərbaycan bayrağı - Sputnik Azərbaycan
Abunə olmaq
"İş prosesi zamanı müəyyən çətinliklərim oldu, çünki sərhədləri, dağların yerləşmə nöqtələrini dəqiq göstərmək lazım idi"

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 18 may — Sputnik. Xaçmaz rayon Seyidlər kəndinin sakini Novruz Əliyev Azərbaycan xəritəsini, bayrağını və gerbini öz həyətinin divarlarına həkk edib. Bu, onun Vətənə olan sonsuz sevgisinin təzahürüdür.

© Sputnik / Leyla AbdullayevaXaçmaz rayon Seyidlər kəndinin sakini Novruz Əliyev
Qeyri-adi Vətən sevdalısı evində kiçik Azərbaycan yaradıb - Sputnik Azərbaycan
Xaçmaz rayon Seyidlər kəndinin sakini Novruz Əliyev

Hələ uşaq vaxtlarından qəlbi vətən sevgisi ilə döyünən bu insan öz həyətində ölkəmizin atributlarından ibarət maraqlı guşə yaratmaq qərarına gəlib. O, Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində gördüyü işdən danışır.

“Hər şey insanın içindən gəlməlidir. Uşaqlıqdan vətənimizə, ona aid atributlara qarşı sevgim olub. Bu sevgini mənə valideynlərim aşılayıb. Hərbi xidmətdən gəldikdən sonra həyətimizin giriş qapısına bayrağımızın cizgilərini çəkib, rənglədim və görənlərdən müsbət rəy aldıqdan sonra digərlərini hazırlamağa qərar verdim. Daha sonra isə xəritəni və gerbi işlədim" - deyir müsahibimiz.

© Sputnik / Leyla AbdullayevaAzərbaycan xəritəsi
Qeyri-adi Vətən sevdalısı evində kiçik Azərbaycan yaradıb - Sputnik Azərbaycan
Azərbaycan xəritəsi

N.Əliyevin hazırladığı xəritə digər xəritələrdən özünün qeyri-adiliyi ilə seçilir. O, bu maraqlı xəritənin hazırlanmasına bir həftə vaxt sərf edib: “Atributların hazırlanmasında qum, gips və boyalardan istifadə etdim. Xəritəni hazırlamaqda müəyyən çətinliklərim oldu. Çünki sərhədləri, dağların yerləşmə nöqtələrini təqribən də olsa, dəqiq göstərmək lazım idi".

"Bu yolda mənə tarix-coğrafiya müəllimi olan atam Ramiz Əliyev kömək etdi. Beləliklə xəritəmizi hazırladım. Müəyyən müddətdən sonra isə gerbimizi hazırladım.  Xəritə və gerbi işıqlandırma sistemi ilə təchiz etdim ki, bunun nəticəsində gecə görüntüsü möhtəşəm alındı” - Vətən sevdalısı qeyd edir.

Xaçmazlı gənc gələcəkdə daha maraqlı işlər görəcəyini də dilə gətirir: “Maddiyyata və zamana ehtiyacım var. Gələcəkdə görüləcək işlər var. İlk öncə kəndimizin mərkəzində bayraq meydanı hazırlamaq istəyirəm. Həmin meydanda həm də milli qəhrəmanlarımızın şəkillərindən ibarət maket hazırlamağı düşünürəm. Daha sonra isə kəndimizin peykdən görünüşünü, stolüstü maketini hazırlayacağam”.

© Sputnik / Leyla AbdullayevaAzərbaycan gerbi
Qeyri-adi Vətən sevdalısı evində kiçik Azərbaycan yaradıb - Sputnik Azərbaycan
Azərbaycan gerbi

Həmsöhbətimiz bu işlərin hazırlanmasında heç kimdən maddi yardım gözləmədiyini və istəmədiyini vurğulayır: “Bilirsiniz ki, bunları həyata keçirtmək üçün madiyyata ehtiyac var. Amma mən heç kimdən kömək istəmirəm. Çünki mən Vətənim üçün nəsə etmişəmsə, özümü xoşbəxt hiss edirəm".

"Sadəcə, mənim bu atributları düzəldən zaman bəzi gözləntilərim var idi. Fikirləşirdim ki, hərbi hissələrdən səlahiyyətli şəxslər bunları görüb, xidmət etdikləri yerə dəvət edər və bu əsərlərdən istəyərlər. Heyf ki, mən sosial şəbəkələrdə bəzi hərbi səhifələrdə bu barədə paylaşsam da, dəvət almadım" - Əliyev diqqətə çatdırır.

Xəbər lenti
0