21:42 27 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
99320

"İş prosesi zamanı müəyyən çətinliklərim oldu, çünki sərhədləri, dağların yerləşmə nöqtələrini dəqiq göstərmək lazım idi"

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 18 may — Sputnik. Xaçmaz rayon Seyidlər kəndinin sakini Novruz Əliyev Azərbaycan xəritəsini, bayrağını və gerbini öz həyətinin divarlarına həkk edib. Bu, onun Vətənə olan sonsuz sevgisinin təzahürüdür.

Xaçmaz rayon Seyidlər kəndinin sakini Novruz Əliyev
© Sputnik / Leyla Abdullayeva
Xaçmaz rayon Seyidlər kəndinin sakini Novruz Əliyev

Hələ uşaq vaxtlarından qəlbi vətən sevgisi ilə döyünən bu insan öz həyətində ölkəmizin atributlarından ibarət maraqlı guşə yaratmaq qərarına gəlib. O, Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində gördüyü işdən danışır.

“Hər şey insanın içindən gəlməlidir. Uşaqlıqdan vətənimizə, ona aid atributlara qarşı sevgim olub. Bu sevgini mənə valideynlərim aşılayıb. Hərbi xidmətdən gəldikdən sonra həyətimizin giriş qapısına bayrağımızın cizgilərini çəkib, rənglədim və görənlərdən müsbət rəy aldıqdan sonra digərlərini hazırlamağa qərar verdim. Daha sonra isə xəritəni və gerbi işlədim" - deyir müsahibimiz.

Azərbaycan xəritəsi
© Sputnik / Leyla Abdullayeva
Azərbaycan xəritəsi

N.Əliyevin hazırladığı xəritə digər xəritələrdən özünün qeyri-adiliyi ilə seçilir. O, bu maraqlı xəritənin hazırlanmasına bir həftə vaxt sərf edib: “Atributların hazırlanmasında qum, gips və boyalardan istifadə etdim. Xəritəni hazırlamaqda müəyyən çətinliklərim oldu. Çünki sərhədləri, dağların yerləşmə nöqtələrini təqribən də olsa, dəqiq göstərmək lazım idi".

"Bu yolda mənə tarix-coğrafiya müəllimi olan atam Ramiz Əliyev kömək etdi. Beləliklə xəritəmizi hazırladım. Müəyyən müddətdən sonra isə gerbimizi hazırladım.  Xəritə və gerbi işıqlandırma sistemi ilə təchiz etdim ki, bunun nəticəsində gecə görüntüsü möhtəşəm alındı” - Vətən sevdalısı qeyd edir.

Xaçmazlı gənc gələcəkdə daha maraqlı işlər görəcəyini də dilə gətirir: “Maddiyyata və zamana ehtiyacım var. Gələcəkdə görüləcək işlər var. İlk öncə kəndimizin mərkəzində bayraq meydanı hazırlamaq istəyirəm. Həmin meydanda həm də milli qəhrəmanlarımızın şəkillərindən ibarət maket hazırlamağı düşünürəm. Daha sonra isə kəndimizin peykdən görünüşünü, stolüstü maketini hazırlayacağam”.

Azərbaycan gerbi
© Sputnik / Leyla Abdullayeva
Azərbaycan gerbi

Həmsöhbətimiz bu işlərin hazırlanmasında heç kimdən maddi yardım gözləmədiyini və istəmədiyini vurğulayır: “Bilirsiniz ki, bunları həyata keçirtmək üçün madiyyata ehtiyac var. Amma mən heç kimdən kömək istəmirəm. Çünki mən Vətənim üçün nəsə etmişəmsə, özümü xoşbəxt hiss edirəm".

"Sadəcə, mənim bu atributları düzəldən zaman bəzi gözləntilərim var idi. Fikirləşirdim ki, hərbi hissələrdən səlahiyyətli şəxslər bunları görüb, xidmət etdikləri yerə dəvət edər və bu əsərlərdən istəyərlər. Heyf ki, mən sosial şəbəkələrdə bəzi hərbi səhifələrdə bu barədə paylaşsam da, dəvət almadım" - Əliyev diqqətə çatdırır.

Əlaqədar

Mingəçevir sakini qeyri-adi hobbisindən danışır
Azərbaycanda 600 nəfər insan qeyri-adi "cəzaya" məhkum edilib
Bakının ən orijinal yolkaları və qeyri-adi Yeni il işıqları
Bakıda qeyri-adi şou və ya “Kiçik adamların böyük nağılı”
Qeyri-adi gözəllik: Karl Faberjenin naməlum zərgərlik məmulatları
Teqlər:
gerb, atribut, xəritə, vətən, sakin, Xaçmaz, Azərbaycan

Əsas mövzular

  • Əsgərlər, arxiv şəkli

    Zərurət yarandığı halda, ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən, Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə tədbirlərə cəlb ediləcəklər

    264
  • Tərtər rayonunda erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

    Ermənistan silahlı birləşmələrinin dinc Azərnaycan əhalisini hədəfə alması səbəbindən növbəti dəfə toplarla atəş nəticəsində Naftalan rayonu, Qaşaltı kənd sakini Qurbanov Elbrus İsa oğlu və onun 4 ailə üzvü həlak olmuşlar

    572
  • Əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürülüb

    1441