08:14 27 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0262
  • EUR1.9008
Su

Su filtrləri satan şirkətlər haqlıdır, yoxsa "Azərsu"?

CC0 / Burst / water
CƏMİYYƏT
Qısa URL
4779 0 0

Anar Cəbrayıllı: Kimyadan, biologiyadan anlayışı olmayan 18-19 yaşlı cavan uşaqları qapı-qapı salaraq su filtrləri satdırırlar

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 12 may — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, bu gün dünya əhalisinin 2 milyardı kanalizasiya suları qarışmış su içir. Bu vəziyyət insanların xolera, dizenteriya, tif və s. xəstəliklərə yoluxması ilə nəticələnir. ÜSTdünyada ən çox xəstəliklərin suda yarandığı və su ilə yayıldığı qənaətindədir.

Suyun keyfiyyətinin standartlara uyğun olmaması haqqında Azərbaycan əhalisində də müəyyən narahatlıqlar var. Və bu narahatlıqlardan su filtri satan şirkətlər xeyli faydalanır.

Bu günlərdə axşam saatlarında evimizin qapısı döyüldü. Gənc bir xanım idi. Qapını açan kimi su filtrlərinin faydalarından danışmağa başladı. Bizi inandırmağa çalışırdı ki, içdiyimiz kran suyu standarta uyğun deyil, orqanizm üçün zərərli və hətta zəhərlidir.

Satdığı su filtrinin qiyməti isə nə az, nə çox 1200 manat idi. Gənc xanım çalışırdı ki, kreditlə də olsa bizə su filtrini satsın. İddia edirdi ki, böyüklər bir yana, uşaqlara verdiyimiz suyun keyfiyyəti ölümcül zərərlidir.

Su filtri satan firmanın əməkdaşının dedikləri bizdə belə bir sual yaratdı: "Ölkəmizdə vətəndaşlara satılan içməli suyun keyfiyyəti standartlara uyğundurmu?"

Bu sualı ünvanladığımız "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "Azərsu" ASC-nin istər regionlarda, istərsə də Bakı şəhərində əhaliyə verdiyi içməli suyu keyfiyyəti standartlara tam uyğundur.

"Biz istəmərik ki, abonentlərimizə keyfiyyətsiz su verək və vermirik də. Su müvafiq mənbələrdən götürülür, anbarlara vurulur və evlərə vurulana qədər də mütəmadi yoxlanılır. Bizim laboratoriyalarda il ərzində ən az 16 min su nümunəsi yoxlanılır. Biz bu məsələni daim nəzarətdə saxlayırıq. Bundan başqa, ölkədə suyun keyfiyyətinə Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya mərkəzi nəzarət edir. Yəni biz əhaliyə pis su verməyə çalışsaq belə, sözügedən qurum həmin suyun verilməsinin qarşısını alacaq." - deyən Cəbrayıllı vurğulayıb ki, bu səbəbdən də evlərə verilən suyun keyfiyyəti ilə bağlı heç bir problem yoxdur. O əlavə edib ki, köhnə borularla bağlı problemlər olanda kiminsə evinə lilli suyun getməsi mümkündür. Bu qaçılmazdır, suyun içundə qum ola bilər.

Qurumun sözcüsü deyir ki, onun evində də kran suyundan istifadə edilir və filtr quraşdırılmayıb.

"Yuyunduğunuz, dişlərinizi fırçaladığınız su kran suyudur. Əgər sizdə problem yoxdursa, deməli, bizim suyumuzda da problem yoxdur. Sadəcə, filtr satan işbazlar bizim suyumuzu pisləməklə, öz işlərini görməyə çalışırlar. Kimyadan, biologiyadan anlayışı olmayan 18-19 yaşlı cavan uşaqları qapı-qapı salaraq su filtrləri satdırırlar. Və buna qarşı mübarizə bizim işimiz deyil. Biz sadəcə çıxıb deyə bilərik ki, bizim verdiyimiz su standartlara tam cavab verir" - deyə o əlavə edib.

Su filtrləri
©Karikatura
Su filtrləri

Cəbrayıllının sözlərinə görə, su filtri satan şəxslər suyun keyfiyyətini iki cihazla yoxlayırlar. "Azərsu" ASC-isə milyonlar xərcləyərək laboratoriyalar qurub:

"Əgər suyun keyfiyyəti iki cihazla müəyyən olunursa, biz niyə böyük laboratoriyalar qururuq? Niyə xərcə düşməli idik? Bu gün "Azərsu" ASC–nin mərkəzi laboratoriyasında suyun 70–dən çox parametri öyrənilir. Amma onlar bir parametri müəyyən edir. Buna TDS deyirlər. Yəni suda həll olmuş ümumi duzların miqdarı öyrənilir. Onlar iddia edir ki, bu, 200 ppm-dən çox olanda, su zəhərli hesab edilir. Əslində isə belə deyil. Bu göstərici 1000 ppm-ə yaxın olan su zərərli hesab edilə bilər. Bu gün bizim Bakı şəhərinə verdiyimiz su 200-500 ppm arasında dəyişir və hətta standartalara cavab verir".

Cəbrayıllının fikrincə, əslində insanlar suyu filtrdən keçirməklə tərkibində olan mineralları məhv edir. Bu isə suyun kalsim, kalium və maqneziumla təminatını azaldaraq insanlara ölü su verməkdir. İnsanlar bir çox mineralları sudan alır. Həkimlər də bəzən valideynlərə məsləhət görür ki, uşaqlara çiy su versinlər.

Mətbuat katibi bizi əmin etməyə çalışdı ki, insanlara verdikləri suyun keyfiyyəti ilə bağlı heç bir problem yoxdur və buna "Azərsu" ASC tam cavabdehdir.

Su filtrləri satan şirkətlərə sertifikatların verilməsinə gəldikdə isə A. Cəbrayıllı bildirib ki, "Azərsu" ASC bu şirkətlərə sertfikat vermir.

Əlaqədar

Su probleminin həlli üçün daha bir addım atıldı
Sumqayıtda 37 yaşlı kişini qaynar su ilə yandırdılar
Yaxın Şərqdə yenə qan su yerinə axıdılır
Su probleminin həllinə bir neçə milyon ayrıldı

Əsas mövzular