CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Sevinc”in sevincsiz günləri – Bakının daha bir xatirəsi tarixə qovuşur

© Sputnik / Irade JELIL"Təbriz" kinoteatrının yerləşdiyi ərazi
Təbriz kinoteatrının yerləşdiyi ərazi - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı sakini: "İndi kinoteatra gedən qalıb ki" və ya xatirələr də məhv olacaq

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 6 may — Sputnik. "1970-72-ci illərdə bir bina tikdilər. Kinoteatr binası olacaqda. Hamı sevinirdi. Elə adını da "Sevinc" qoydular. Qarşısında da park-fontan tikmişdilər. Ətraf binalarda yaşayanların istirahət mərkəzinə çevrilmişdi bu bina. İndi isə yerində uçuq-sökük bir tikili qalıb".

© Sputnik / Irade JELIL"Təbriz" kinoteatrının yerləşdiyi ərazi
“Sevinc”in sevincsiz günləri – Bakının daha bir xatirəsi tarixə qovuşur - Sputnik Azərbaycan
"Təbriz" kinoteatrının yerləşdiyi ərazi

Vaxtilə “Sevinc” adlanan, sonra “Təbriz”ə çevrilən, sabah isə taleyinin necə olacağı bəli olmayan tikilinin qarşısında dayanan Bakı sakini Ədil Əliyev dərindən köks ötürür.

"Təbriz" kinoteatrının sökülüb, yerində əyləncə-ticarət mərkəzi tikiləcəyi barədə KİV-də məlumatı oxuduqdan sonra Qara Qarayev prospektinə üz tutdum. Kinoteatrın yerləşdiyi ərazi artıq taxta parçaları ilə hasarlanıb. İçəri girmək mümkün olmasa da, kənardan foto çəkmək olar.

Binanın qarşısındakı parkın fotosunu çəkəndə gözüm ağacların altında oturan yaşlı kişiyə sataşdı. Çox fikirli görünürdü. Yaxınlaşdım. Dediyinə görə, ömrünün 50 ilini bu ərazidə yaşayıb. Bakıda doğulub böyüsə də, müxtəlif ölkələri gəzib.

Ə.Əliyev deyir ki, kinoteatrın adı ötən əsrin 90-cı illərində dəyişdirilib, "Təbriz" edilib: "O dövrlərdə insanların kinoteatrlara marağı vardı. Hamı istirahətini səmərəli keçirirdi. Bax elə bu parkda dondurma satılırdı. Uşaqlar üçün müxtəlif əyləncə məkanları vardı. Sonra hər şey birdən dəyişdi. Kinoteatrları, kitabları unutmağa başladıq. Kinoteatrlara axın azaldı. İndi kinoteatra gedən qalıb ki?"

© Sputnik / Irade JELIL"Təbriz" kinoteatrının yerləşdiyi ərazi
“Sevinc”in sevincsiz günləri – Bakının daha bir xatirəsi tarixə qovuşur - Sputnik Azərbaycan
"Təbriz" kinoteatrının yerləşdiyi ərazi

Ə.Əliyev deyir ki, məhz o dövrdən sonra kinoteatrın binası baxımsız qalıb. Aradan illər keçib, binadan müxtəlif şəxslər müxtəlif məqsədlərlə istifadə etməyə başlayıb. “Sevinc” kinoteatrı çay evi də olub, çayxana da, bilyard salonu da. Amma bir şey unudulub - artıq kinoya baxmağa gələn olmayıb .

"Bir neçə ay əvvəl xəbər çıxdı ki, söküləcək. Əvvəlcə qarşısına dəmir konstruksiya quraşdırıldı. Sonra taxta lövhələr vuruldu. Düzdür, bizim uşaqlıq, gənclik xatirələrimiz də məhv olacaq. Amma uçuq-sökük tikilidənsə, yeni nəsil üçün uyğun nəsə inşa etmək daha uğurlu olar" – deyə Ədil Əliyev yenə köks ötürür.

Qeyd edək ki, sökülməsi nəzərdə tutulmuş kinoteatr binasının yerində müasir əyləncə-ticarət mərkəzi tikiləcək. Bu barədə Nizami Rayon İcra Hakimiyyətindən məlumat verilib.

© Sputnik / Irade JELIL"Təbriz" kinoteatrının yerləşdiyi ərazi
“Sevinc”in sevincsiz günləri – Bakının daha bir xatirəsi tarixə qovuşur - Sputnik Azərbaycan
"Təbriz" kinoteatrının yerləşdiyi ərazi

İcra Hakimiyyətindən bildirilib ki, kinoteatrın ərazisi özəlləşdirilib. Sahibkarın əlində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən və mülkiyyət hüququnu təsdiq edən çıxarış var. Tikiləcək mərkəzin layihəsi ilə bağlı aidiyyəti qurumlardan rəy və tikinti üçün icazə də alınıb. Yəni, qanundan kənar heç nə yoxdur.

Yeni tikiləcək mərkəzdə kinoteatr da fəaliyyət göstərəcək.

Xatırladaq ki, kinoteatrın inşası ötən əsrin sonlarında başa çatdırılıb. Əvvəlcə 1970-ci illərdən başlayaraq "Sevinc", sonra "Təbriz" adı ilə fəaliyyət göstərən kinoteatrın ərazisi 2000-ci ildə özəlləşdirilib.

Xəbər lenti
0