06:55 30 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
5839 0 0

Heydər Əliyev Fondunun vitse-prezidenti: "Hər bir nəslin gələcəyi əvvəlkilərdən daha qabacıl, humanist, tolerant, açıq təfəkkürlüdür"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 3 may — Sputnik. "Gənclər və mədəniyyətlərarası liderlik platforması sülh şəraitində yaşamağı daim təbliğ edir. Dünyanın bir çox ölkələrindən dünyamızı daha yaxşı etmək üçün görülən təşəbbüslər təqdirəlayiqdir". 

Sputnik Azərbaycan xəbər verir ki, bunu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva V Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Gənclər sülh naminə: şiddətli ekstremizmə qarşı əks qüvvənin formalaşdırılması – BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi ilə müzakirə" adlı plenar sessiyada çıxışı zamanı deyib.

"Gənclərin çoxsaylı şəbəkələr yaratmaq, bütün mümkün sərhədləri keçmək kimi qabiliyyətləri var. Sülh və harmoniya uğrunda mübarizədə gənclərə bəzən idealist, romantik kimi baxırlar. Lakin bu, çox tənqidi yanaşmadır. Gənclərin dialoqa olan yaxınlığı hamımızı sülhə və çiçəklənməyə gətirib çıxaracağı məqamdır" - deyə Leyla Əliyva bildirib.

Onun sözlərinə görə, təhsil, sadəcə bilik, məlumat və bacarıqları peşəkar inkişaf üçün mənsimsəməklə yekunlaşmır: "Mənəvi təhsilin əldə olunması da olduqca vacibdir. Ailə mühüm müəssisədir. Eyni zamanda, gəncləri müvafiq, doğru-düzgün təlim və tədirslə maarifləndirmək, onların tam potensialının reallaşdırılması üçün çox vacib məqamdır".

Leyla Əliyeva vurğulayıb ki, gənclərin üzərində həddindən artıq təzyiq olmamalıdır: "Bəzən intellektual gənclər belə, tam xoşbəxt olmurlar. Biz gənclərə dəstək göstərərək daha yaxşı dünyanı yaratmağa nail olmalıyıq. Onlar gözəl bəşəriyyətdən zövq alıb, ahəngdar dünyada yaşasınlar".

"Gənclərin enerjisi daha qüdrətlidir. Bütün gənclərimiz inkişaf üçün lazımi şərait əldə etməlidirlər. Günümüzdə gənclərin ideyaları, innovasiyaları planetimizi büsbütün dəyişib. Amma, təəssüf ki, hazırda 617 milyona yaxın gənc öz potensialını reallaşdırmaq imkanından məhrumdur. Gənclər inkişafın təcəssümüdür. Hər bir nəslin gələcəyi əvvəlkilərdən daha qabacıl, humanist, tolerant, açıq təfəkkürlüdür. Bu da tarixin təbii təkamülüdür" - vitse-prezident qeyd edib. 

"Gəlin, gənclərə öz enerjilərini qlobal problemlərin həllinə yönəltmək üçün hamılıqla onlara dəstək göstərək. Vaxt həyatımızın ən mühüm resursudur. Gəlin, onu israf etməyək. Sözlər həllərlə daim müşayiət olunmalıdır. Unudulmayacaq bir məqam varsa, o da bizim hissiyatımızdır. Bu da hər bir insana verilib. Hər bir insan mühüm fərqə səbəb ola bilər, dayanıqlı, davamlı cəmiyyətin formalaşmasına səbəb ola bilər" - o, əlavə edib.

L.Əliyeva fikrinə belə yekun vurub: "Beləliklə də, onların bəşəriyyətə olan baxışını müsbət mənada dəyişə bilərik. Əziz dostlar, uşaqlar özləri birbaşa xeyirxah əməlləri etməyə meyillidirlər. Maddi dünya heç də uğur, müvəffəqiyyət demək deyil. Həyatda ən vacib olan insanların təbəssümü, sağlamlığı, birliyi və bir-birini anlamaqdır. Təmənnasız şəkildə uşaqlara dəstək olmağı hamımıza arzulayıram".

Əlaqədar

Leyla Əliyevanın təşəbbüsü ilə “Cırtdan nağıllar aləmində” meqa-şousu təşkil edilib
Leyla Əliyeva psixonevroloji sosial xidmət müəssisəsinin açılışında iştirak edib
Leyla Əliyeva “Balaca şahzadə” əsərinin motivləri əsasında hazırlanan tamaşaya baxıb
Leyla Əliyeva qadınları təbrik etdi
Teqlər:
sülh, dünya, uşaq, gənc, vitse-prezident, Leyla Əliyeva

Əsas mövzular