BAKI, 23 aprel — Sputnik. Neftçala şəhər 1 nömrəli tam orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı Samid İmanovun adı verilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
© Sputnik / Irade CelılMilli Qəhrəman Samid İmanov
Milli Qəhrəman Samid İmanov
© Sputnik / Irade Celıl
Qərarda qeyd edilib ki, Konstitusiyanın 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Neftçala Rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmış təklifinə əsasən Neftçala şəhər 1 nömrəli tam orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı Samid Gülağa oğlu İmanovun adı verilsin.
Neftçala Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsinlər.