07:43 21 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Yağışlı hava, arxiv şəkli

Bazar günü gözlənilən hava proqnozu açıqlandı

© Sputnik / Taleh Mahmudov
CƏMİYYƏT
Qısa URL
196 0 0

İstirahət etmək istəyənlər üçün proqnoz açıqlandı

BAKI, 20 aprel — Sputnik. Aprelin 21-də Bakıda və Abşeron yarımadasında hava şəraiti haqqında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.

Yağış
© Sputnik / Murad Orujov

ETSN-nin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək.   

Havanın temperaturu gecə 4-6° isti, gündüz 9-12° isti, Bakıda gecə 4-6° isti, gündüz  10-12°  isti təşkil edəcək. Atmosfer  təzyiqi normadan yüksək 766  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 70-80 %, gündüz  50-55 % olacaq. 

Azərbaycanın rayonlarında - bəzi yerlərdə arabir yağış yağacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq.  Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək.

Əsas mövzular