10:36 27 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9052
Bakıda dönər satışı

Toyuq dönəri satışına qoyulan qadağa götürülüb

© Sputnik / Irade JELIL
CƏMİYYƏT
Qısa URL
56 0 0

AQTA: Vətəndaşların ictimai iaşə müəssisələrində istehlak etdiyi toyuq ətinin təhlükəsizliyi barədə sənəd tələb etmək hüququ var

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 20 aprel — Sputnik. "Baytarlıq və sanitar-gigiyena qaydaları çərçivəsində hazırlanan toyuq mənşəli qidaların satışına və istehlakına hər hansı məhdudiyyət yoxdur".

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, burada istehlakçıların diqqət etməli olduğu əsas məsələ emal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçib-keçməməsidir.

"Agentlik əməkdaşları mütəmadi olaraq istehsal və emal sahələrində monitorinqlər və nəzarət tədbirləri həyata keçirirlər. Qeyd edək ki, vətəndaşların ictimai iaşə müəssisələrində istehlak etdiyi toyuq ətinin təhlükəsizliyi barədə sənəd tələb etmək hüququ var" - deyə məlumatda vurğulanıb.

AQTA-dan əlavə edilib ki, sahibkarlar da öz növbəsində istehlakçılara təqdim olunan qida məhsullarının təhlükəsizliyinə birbaşa cavabdehlik daşıyırlar: "Vətəndaşlarda istehlak etdiyi toyuq ətinin təhlükəsizliyi ilə bağlı şübhə yaranarsa, Agentliyin 1003 "Çağrı Mərkəzi"nə məlumat ver bilərlər".

Xatırladaq ki, bir neçə il öncə ölkədə toyuq ətindən hazırlanan dönərin satışına qadağa qoyulmuşdu. Toyuq dönərinin satışı ilə məşğul olanlar cərimə edilirdi.

Əlaqədar

Diqqətli olun – Çiy toyuqdan istifadə zamanı bunları bilməlisiz
Diri toyuq satışının qadağan edilməsi mümkün olacaqmı?
Anti-sanitar şəraitdə fəaliyyət göstərən daha bir toyuq sexi aşkarlandı
Teqlər:
qadağa, dönər, ət, toyuq

Əsas mövzular