07:05 24 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9126
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

İcra başçısı ilə bağlı sərəncam imzalandı

© Official web-site of President of Azerbaijan Republic
CƏMİYYƏT
Qısa URL
78 0 0

Vidadi İsayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub

BAKI, 17 aprel — Sputnik. Prezident İlham Əliyev Vidadi İsa oğlu İsayevi ordenlə təltif edib.

Sputnik Azərbaycan xəbər verir ki, Prezidentin imzaladığı sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə V.İsayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev

İsayev Vidadi İsa oğlu 18 aprel 1959-cu ildə Ermənistan SSR-nin Əzizbəyov rayonunun Artavan kəndində anadan olub.

2005-2011-ci illərdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Prezident İlham Əliyevin 3 mart 2011-ci il tarixli sərəncamı ilə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezidentin 21 dekabr 2017-ci il tarixli sərəncamı ilə “Əmək” ordeni ilə təltif olunub. Yeni Azərbaycan Partiyasının üzvü, tarix elmləri namizədidir.

Əsas mövzular