22:43 17 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.8876
Cins şalvarın cibində mobil telefon

Mobil telefon, avtomobilin sükanı və çantadakı qələm - Təhlükəli üçlük

CC0 / rieo / Jeans
CƏMİYYƏT
Qısa URL
89 0 0

"Sözügedən əşyalara toxunduqdan sonra mütləq əlləri sabunla yumaq lazımdır"

BAKI, 14 aprel — Sputnik. Rusiyalı tibb mütəxəssisi ən çirkli əşyaların reytinqini açıqlayıb. Sən demə, ən çox çirkli hesab olunan şeylər pul, mobil telefon, avtomobilin sükanı və çantadakı qələmdir.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Moskva poliklinikalarından birinin şöbə müdiri Vasili Frolov apardığı tədqiqatların nəticələri barədə məlumat verərkən danışıb.

"Həmçinin, ən çox mikrob daşıyıcısı olan əşyaların top onluğuna liftin düyməsi, bankomatların klaviaturası, supermarketdəki arabaların tutacaqları, ictimai yerlərdəki qapıların dəstəyi, televizor pultları və qab yumaq üçün olan süngərlər daxildir" - deyə tibb mütəxəssisi bildirib.

Onun sözlərinə görə, mənzillərdə ən təhlükəli əşyalar xalçalar, divan örtükləri və qoltuqları, plitə və ventilyasiyalar, mətbəx şkafları, vanna və duş kabinetləridir.

Frolov vurğulayıb ki, ictimai yerlərdə sözügedən əşyalara toxunduqdan sonra mütləq əlləri sabunla yumaq lazımdır: "Bu, qorxunc mikrobların törədə biləcəyi hər hansı xəstəlikdən sığortalanmağın ən yaxşı yoludur".

Əlaqədar

Mikrobladinq: gözəllik, yoxsa stressdən qurtulma
Ofisdə olan mikroblar tualetdə olan mikroblardan daha çoxdur
Spirtli içki mikrobları öldürmürmüş, tam əksinə - XƏBƏRDARLIQ
Teqlər:
əşya, mütəxəssis, tibb, Rusiya

Əsas mövzular