23:44 21 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8970
Qəbələyə güclü dolu düşüb

Qəbələyə güclü dolu düşdü - FOTOLAR

© Sputnik / Ilham Ahmadov
CƏMİYYƏT
Qısa URL
113 0 0

Dolu vurması nəticəsində meyvə ağaclarına ciddi ziyan dəyib

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 13 aprel — Sputnik. Bu gün günorta saatlarında Qəbələnin mərkəzinə, eləcə də Bum qəsəsbəsi, Həmizəlli kəndinin bir hissəsinə, Zarağan, Pirəlli, Vəndam, Aydınqışlaq kəndlərinə  dolu yağıb.

Qəbələyə güclü dolu düşüb
© Sputnik / Ilham Ahmadov
Qəbələyə güclü dolu düşüb

Sputnik Azərbaycan-ın müxbirinin məlumatına görə, 25 dəqiqə davam edən dolu meyvə ağaclarına, bəzi yerlərdə ilə şəxsi təsərrüfata və əkinə ciddi ziyan vurub. Yerli fermerlər bildiriblər ki, yağan dolu səbəbindən bu il meyvənin bol olmasına ciddi sual altındadır.

Əksər ərazilərdə dolu nəticəsində çiçəklənən ağacların çiçəkləri məhv olub və bu da məhsuldarlığın aşağı düşməsinə səbəb olacaq.

  • Qəbələyə güclü dolu düşüb
    Qəbələyə güclü dolu düşüb
    © Sputnik / Ilham Mustafa
  • Qəbələyə güclü dolu düşüb
    Qəbələyə güclü dolu düşüb
    © Sputnik / Ilham Ahmadov
1 / 2
© Sputnik / Ilham Mustafa
Qəbələyə güclü dolu düşüb

Güclü dolu Oğuz rayonunda da müşahidə olunub. Rayonun Kərimli, Muxas, Bayan və Padar kəndlərində dolu daha çox təsir edib.

Qeyd edək ki, bir gün əvvəl Qax rayonuna da dolu düşmüşdü.

Əsas mövzular