16:15 23 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.8816
  • Ramana qəsəbəsi
  • Ramana qəsəbəsi
  • Ramana qəsəbəsi
  • Ramana qəsəbəsi
  • Ramana qəsəbəsi
  • Ramana qəsəbəsi
  • Ramana qəsəbəsi
  • Ramana qəsəbəsi
  • Ramana qəsəbəsi
  • Ramana qəsəbəsi
  • Ramana qəsəbəsi
  • Ramana qəsəbəsi
  • Ramana qəsəbəsi
  • Ramana qəsəbəsi
  • Ramana qəsəbəsi
  • Ramana qəsəbəsi
  • Ramana qəsəbəsi
© Sputnik / Irade JELIL
Ramana qəsəbəsi

Qanunla qadağan edilsə də, Bakıda və Bakı ətrafında neftlə çirklənmiş bəzi ərazilərdə  yaşayış məntəqələri salınır, evləri tikilir.

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 12 aprel — Sputnik. Qanunla qadağan edilsə də, Bakıda və Bakı ətrafında neftlə çirklənmiş bəzi ərazilərdə yaşayış məntəqələri salınır, evlər tikilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşı Mirsalam Qənbərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, mədən, zavod ərazilərində, neftin separtasiya sistemlərinin, ilkin emal müəssisələrinin yanında yaşayış məntəqəsi salmaq, ev tikmək qanuna ziddir və normalara uyğun deyil:

"Dünyanın hər yerində müəyyən sənaye zonaları mövcuddur. Həmin mədən əraziləri neftin çıxarılması infrastrukturuna malikdirsə, orada ev tikmək qanuna uyğun deyil".

M.Qənbərov qeyd edib ki, neft əməliyyat şirkətləri ETSN-ə müraciət edərək, ərazilərində yaşayış məntəqələrinin salındığını və bu addımın işin normal aparılmasına problem yaratdığını qeyd edirlər. Kəmərlərin yanında, üzərində və sanitar mühafizə zonasında evlər tikilir.

"Bu, həm təhlükəsizlik, həm də ekoloji baxımdan qəbul edilən deyil. Neftlə çirklənmiş torpaqların yaxınlığında yaşayan sakinlərdən də müxtəlif şikayətlər daxil olur. Ancaq həmin evlərin çox hissəsi qanunsuz tikilib, heç bir sənədləri yoxdur" - deyən nazirlik rəsmisi onu da vurğulayıb ki, bu problemin aradan qaldırılması ilə müvafiq qurumlar məşğul olmalıdır.

Ekoloq Telman Zeynalov isə Sputnik Azərbaycan-a açıqlamasında qeyd edib ki, neft olan ərazilər radiaktiv hesab edilir. Həmin torpaqlarda radiasiya olur, ancaq orada yaşayan insanların orqanizmi buna öyrənir:

"2002-ci ildə fransalı mütəxəssislər qeyd etmişdi ki, insan orqanizminə mənfi təsir edən radiasiya 7 millirentgen saatdır. Onların sözlərinə görə, neft ərazilərində yaşayan insanlarda bu rəqəm 30-a yaxındır. Mütəxəssislərin fikrincə, insanlar bu ərazilərdə doğulub, böyüyürsə, artıq onların orqanizmi buna öyrəşmiş olur. Ancaq indi həmin torpaqları tədricən təmizləyirlər, nefti azaldırlar ki, radiasiya azalsın".

Ekoloq qeyd edib ki, zamanla həmin torpaqlar təmizlənəcək.

Qeyd edək ki, neftlə çirklənmiş ərazilər təkcə Azərbaycanda deyil, Avropada, Orta Asiyada, ərəb ölkələrində, Rusiyada da var. Azərbaycanda xarici təcrübə nəzərə alınaraq, çirklənmənin qarşısının alınması üçün mümkün olan alternativ variantlar təhlil edilir.

Digər fotolentlər

Əsas mövzular