CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İki nazirlik Elina Hacıyeva olayı ilə bağlı ilə rəsmi məlumat yaydı

© Photo : REPORTSəhiyyə nazirliyi
Səhiyyə nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
"11:36-da isə həmin şəxs xəstəxanaya çatdırılıb" - Səhiyyə Nazirliyi

BAKI, 10 aprel — Sputnik. Bir neçə gün öncə Bakının Səbail rayonunda yerləşən 162 saylı orta məktəbin VIII sinif şagirdi Elina Hacıyeva intihar edib. Bir neçə saat ərzində E.Hacıyeva öznüdə olub. Sosial şəbəkələrdə yayılan videolardan da bunu görmək mümkündür. Sosial şəbəkələrdə yayılan məlumatlarda E.Hacıyevanın bir neçə saat ərzində məktəbdə saxlanılıb və buna görə təcili tibbi yardım xidmətinə zəng edilməyib. Sputnik Azərbaycan-ın əməkdaşı Təcili Tibbi Yardım Stansiyasına Elina Hacıyevaya görə ilk çağırışın nə zaman daxil olduğunu öyrənməyə çalışıb. Səhiyyə Nazirliyindən verilən məlumata görə, həmin gün, saat saat 11:04-də Elina Hacıyeva ilə bağlı çağırış daxil olub: "Həmin çağırış saat 11:06-da həkimə ötürülüb və təcili tibbi yardım xidməti 11:12-də artıq ünvana yetişib. 11:36-da isə həmin şəxs xəstəxanaya çatdırılıb".

Школьные парты в классной комнате, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda məktəbli qızın dəhşətli intihar videosu yayıldı

Təhsil Nazirliyi də sözügedən hadisə barədə məlumat yayıb.

"Bu gün 162 saylı tam orta məktəbdə 4 aprel 2019-cu il tarixində baş vermiş məlum hadisənin təfərrüatlarının araşdırılması məqsədilə yaradılmış xüsusi komissiyanın üzvləri və Təhsil Nazirliyi aparatının rəhbər şəxslərinin iştirakı ilə iclas keçirilib. İclasda komissiya üzvlərinin məlumatları dinlənilib və xidməti araşdırmanın nəticələri qərar qəbul edilmək üçün təhsil nazirinə təqdim edilib", - məlumatda deyilir.

Xatırladaq ki, aprelin 4-də Bakı Şəhəri üzrə Təhsil İdarəsində 162 saylı tam orta məktəbdə baş verən hadisənin xidməti araşdırılması üçün müvafiq komissiya yaradılıb, aprelin 6-da Bakı şəhəri Səbail rayon prokurorluğunda AR CM-nin 125-ci maddəsi ilə cinayət işi başlanıb.

Elina Hacıyeva aprelin 4-də intihar edib. Çox sayda ağır xəsarətlər alan qız bu hadisədən iki gün sonra xəstəxanada ikən vəfat edib.

 

Xəbər lenti
0