01:32 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
111 0 0

"Zəlzələ həmin ərazilərdə yerləşən xəstəxanalarda da hiss olunmayıb" - Səhiyyə Nazirliyi

BAKI, 9 aprel — Sputnik. Xəbər verdiyimiz kimi bazar günü respublikanın şimal-qərb bölgəsində, Balakən, Zaqatala və Qax rayonunda zəlzələ olub.

Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bununla bağlı olaraq xəstəxanalara müraciətlər daxil olmayıb: "Zəlzələ həmin ərazilərdə yerləşən xəstəxanalarda da hiss olunmayıb".

Xatırladaq ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ Zaqatala stansiyasından 43 km şimalda Gürcüstan ərazisində qeydə alınmışdı.

Yeraltı təkanlar ətraf rayonlarda, o cümlədən Azərbaycanın şimal-qərb bölgəsində 3 bala qədər hiss olunub.

Qeyd edək ki, zəlzələnin episentrində yeraltı təkanların maqnitudası 4,5, dərinliyi isə 15 km olub.

Əsas mövzular