10:56 24 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.9068
Soğan

Azərbaycanda "soğan böhranının” daha bir səbəbi bilindi

CC0 / Couleur / Onions
CƏMİYYƏT
Qısa URL
282 0 0

Xatırladaq ki, son vaxtlar ölkəmizdə də soğanın bahalaşması müşahidə olunur. Buna soğanın Türkiyə və ərəb ölkələrinə ixrac edilməsinin səbəb olduğu bildirilir.

BAKI, 31 mart — Sputnik. İranda martın 4-dən kartof və soğanın ixracı qadağan edilib.

Sputnik Azərbaycan-ın Trend-ə istinadən məlumatına görə, bunu İranın sənaye, mədən və ticarət nazirinin müavini Abbas Qubadi deyib.

A.Qubadinin sözlərinə görə, qonşu ölkələrə, xüsusilə İraqa soğan ixracı bu məhsulun qiymətinin bahalaşmasına səbəb olub.

Nazir müavini əlavə edib ki, Bazarın Tənzimlənməsi Komitəsi yerli bazarı tənzimləmək məqsədilə kartofla birlikdə soğanın ixracının qadağan edilməsinə qərar verib.

Son günlər ərzində İranda 1 kq soğanın qiyməti 140 min rialı (təxminən 3,33 dollar) keçib.

Soğanın bahalaşmasının digər səbəbi Xuzistan və Kirman vilayətlərindəki son yağıntılar və yığım problemi göstərilir.

Xatırladaq ki, son vaxtlar ölkəmizdə də soğanın bahalaşması müşahidə olunur. Buna soğanın Türkiyə və ərəb ölkələrinə ixrac edilməsinin səbəb olduğu bildirilir.

Qeyd edək ki, Azərbaycan İrandan soğan, kartof, pomidor və s. kənd təsərrüfatı məhsulları idxal edir.

Əsas mövzular