05:19 19 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9202
Çörək, arxiv şəkli

Çörəyin istehsalı və satışı daha 1 il müddətinə ƏDV-dən azad edilib

© Sputnik / Vitaly Belousov
CƏMİYYƏT
Qısa URL
31 0 0

Dəyişikliyə əsasən, vergidən azadetmə 2021-ci ilədək davam edəcək

BAKI, 29 mart - Sputnik. Azərbaycanda buğdanın idxalı və satışı, həmçinin buğda unu və çörəyin istehsalı və satışı daha 1 il müddətinə əlavə dəyər vergisindən azad edilib.

Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə dəyişikliyə baxılıb.

Dəyişikliyə əsasən, vergidən azadetmə 2021-ci ilədək davam edəcək.

Qeyd edək ki, ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması, eləcə də əhalinin əsas istehlak mallarına tələbatının ödənilməsi məqsədilə Vergi Məcəlləsinin 164.1.27-ci maddəsində buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il yanvarın 1-dən 3 il müddətinə əlavə dəyər vergisindən azad edilib.

Dəyişiklik səsə qoyularaq qəbul edilib.

Əsas mövzular