CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zirəddin Rzayev Filipp Kirkorovdan "hamilə" qalan qadının ölümünün üstünü açıb

© Facebook / Зираддин РзаевMəşhur azərbaycanlı ekstrasens Zirəddin Rzayev
Məşhur azərbaycanlı ekstrasens Zirəddin Rzayev - Sputnik Azərbaycan
Abunə olmaq
Ekstrasens qadının ölümü barədə iddiaları təkzib edib

BAKI, 12 mart — Sputnik. Məşhur azərbaycanlı ekstrasens Zirəddin Rzayev Rusiyanın xalq artisti Filipp Kirkorovdan üçüzə hamilə olduğunu iddia edən və doğuş üçün ondan 200 min dollar tələb edən 53 yaşlı moskvalı Svetlana Safiyevanın ölümünün üstünü açıb.

Ekstrasens qadının ölümü ilə bağlı öz versiyasını "Rossiya 1" telekanalında yayımlanan "Andrey Malaxov. Birbaşa efir" verlişinin efirində səsləndirib. Sputnik Azərbaycan-ın məlumatına görə, verilişin həmin buraxılışı kanalın Youtube sosial şəbəkəsindəki rəsmi saytında yerləşdirilib. Rzayev hətta Safiyevanın qəbrini də ziyarət edib.

"Onu heç kəs öldürməyib. O, insultdan ölüb. Amma Safiyeva ölməli deyildi. Əgər sağlamlığının qayğısına qalsaydı, yaşayacaqdı" - deyə Rzayev bildirib.

Xatırladaq ki, 2018-ci ilin noyabrında Svetlana Safiyeva Andrey Malaxovun verlişində bəyan etmişdi ki, üçəmə hamilədir və onun uşaqlarının atası Filipp Kirkorovdur. Qadın Rusiya estradasının kralından doğuş üçün 200 min dollar pul tələb edib. Amma sonra məlum olub ki, onun hamiləliyi yalandır. USM zamanı qadının qarnındakının üçəm yox, bol miqdarda toplanmış qarın piyi olduğu müəyyən edilib.

Zirəddin Rzayev azərbaycanlı ekstrasens, öncəgörən, "Bitva ekstrasensov" (Ekstrasenslərin döyüşü) şousunun 6-cı mövsümünün finalçısıdır. İxtisasca həkimdir. Hazırda Moskvada yaşayır və işləyir. Rusiya telekanallarındakı müxtəlif verilişlərdə iştirak edir.

Xəbər lenti
0