CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni yaşayış binaları ilə bağlı növbəti mübahisə predmeti meydana çıxıb

© Sputnik / Anar MustafayevYaşayış binasının tikintisi, arxiv şəkli
Yaşayış binasının tikintisi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu problemin bir həlli yolu var: Qarajlardan gələn gəlirlərə görə daha çox vergi tətbiq etmək lazımdır"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 8 fevral — Sputnik. Bakıda günü-gündən yeni binalar tikilir. Yeni tikilmiş binalarda satılan qarajlar isə şirkətlər tərəfindən mənzil sahiblərinə mənzillərdən qat-qat baha qiymətə təklif olunur. Belə ki, 15-20 kvadrat metrlik qarajların ən ucuzu 10 min manatadır.

İkinci əl avtomobillər - Sputnik Azərbaycan
Paytaxtda avtomobil duracaqları və qarajları ilə bağlı yeni qərar verilib

Premium mənzillərin qarajları isə bundan 2-3 dəfə daha çoxdur. Belə mənzillərə köçən şəxslər ya mütləq şəkildə qaraj almalı, ya da avtomobillərini başqa ərazidə saxlamalıdırlar. Bu tələb isə sakinlərin narazılığına səbəb olur.

Məsələni Sputnik Azərbaycan-a şərh edən əmlak eksperti Ramil Osmanlı deyib ki, bu, şirkətin həyata keçirdiyi layihənin komponentindən asılıdır: "Əgər layihə ekonom sinfə aiddirsə, bu, başa düşülməlidir. Belə layihələrdə qaraj mənzilin üstündə verilmir, bəzi hallarda isə kampaniya şəklində qaraj mənzilin üstündə hədiyyə edilir. Bunu da adətən satışı stimullaşdırmaq üçün edirlər".

"Premium siniflərdə isə tikinti şirkətinin vətəndaşa mənzil təklif edərkən qaraj təklif etməsi başa düşülməlidir. İstənilən layihədə şirkət qarajı ayrı sata bilər. Ən pis halda qaraj sahələri 15-20 kvadratdan ibarət olur" - Osmanlı bildirib.

"Qaraj sahələri bəzi hallarda Çıxarışsız olur, vətəndaşlar müqavilə ilə qaraj alırlar. Belə hallardan yayınmaq lazımdır. Çünki onlar layihəni hazırlayan zaman bir layihədə texniki mərtəbə kimi göstərdikləri ərazini sonradan qaraj edib əhaliyə satırlar. Həmin ərazi fövqəladə hallar vəziyyətində sakinlərin gizlənməsi üçün nəzərdə tutulur. Belə ərazilərə Çıxarış verilmir və sonradan problem yaranır" – deyə ekspert qeyd edib.

O, qiymətlərlə bağlı da danışıb: "Qiyməti bazar müəyyənləşdirir. Bazarda qaraja tələb yüksəkdir və buna görə də qiymətlər artırılır. Bu da başa düşüləndir. Çünki binalardan kənar, özəl qaraj sahələrində qiymətlər bahadır".

İqtisadçı-ekspert Natiq Cəfərli isə Sputbik Azərbaycan-a açıqlamasında bu məsələnin tələb və təklifə görə tənzimlənməli olduğunu deyib: "Mənzillər çox olanda qaraj sayı, az olanda tələbat artır. Buna görə də bir çox tikinti şirkətləri qiymətləri artırır. Qarajlarla bağlı heç bir qanun olmadığı üçün kim neçəyə istəyir, o qiymətə də satır".

"Bu problemin bir həlli yolu var. Qarajlardan gələn gəlirlərə görə daha çox vergi tətbiq etmək lazımdır. Bu zaman şirkətlər də qiymətləri aşağı salmalı olacaq. Amma qanuna görə, qiymət diktə edilə bilməz. Biz sözlə, qarajlarla bağlı qanunvericilikdə əlavələr edilməlidir. Əks halda bu problem öz həllini tapa bilməyəcək" - Cəfərli vurğulayıb.

Xəbər lenti
0