11:14 22 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9288
Tələbələr, arxiv şəkli

Təhsildəki maraqlı durum: Qeyri-şəffaf vəziyyət və 3 dəfə fərqlənən xərc

© Photo: REPORT
CƏMİYYƏT
Qısa URL
4981 0 0

"Türkiyədə büdcə xərclərinin 5%-i ali təhsilə gedir, bizdə isə həmin göstərici 1.5% ətrafındadır"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 3 mart — Sputnik. "Ali təhsil müəssisələrinə dövlət tərəfindən ayrılan vəsaitlər düzgün istifadə olunmur, xərclənmir. Bir çox hallarda universiteti idarə edənlərin şəxsi məqsədlərinə, şəxsi bizneslərinə sərf olunur. Ali təhsil müəssisələrində isə daha çox təmir-bərpa işlərinin görülməsi, yeni ali təhsil müəssisələrin azlığı və onların da paytaxtda tikilməsi disproporsional mühit formalaşdırıb. Regionlar üzrə məqsədli paylanma həyata keçirilməyib".

Bunu Sputnik Azərbaycan-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Эксперт в области образования Кямран Асадов
© Sputnik / Murad Orujov
Kamran Əsədov

Onun sözlərinə görə, inkişaf etmiş ölkələrin təcrübəsində təhsil xərclərinin öyrənilməsi dövlət maliyyələşməsi, özəl maliyyələşmə, beynəlxalq maliyyələşmə, qarışıq maliyyələşmə və hissələrdən ibarətdir. Amma bizdə buna rast gəlmək mümkün deyil.

"Türkiyənin 2019-cu il üzrə büdcə layihəsinə baxıram. Cəmi büdcə xərclərinin 18%-i təhsilə ayrılacaq və təhsil 1-ci yerdədir. Bizdə bu göstərici 10% ətrafında və 3-cü yerdədir. Eyni zamanda Türkiyədə gələn il bütün təhsil xərclərinin 25%-i universitetlərə gedəcək. Bizdə bu, 9%-dən azdır. Türkiyədə gələn ilki cəmi büdcə xərclərinin 5%-i ali təhsilə yönləndiriləcək, bizdə həmin göstərici 1.5% ətrafındadır" – deyə K.Əsədov vurğulayıb.

Ekspert qeyd edib ki, ötən illər ərzində ölkənin maliyyə imkanlarının genişlənməsi sosial sferaya, o cümlədən təhsilə ayrılan vəsaitlərin həcminin artırılması üçün şərait yaradıb. Bununla belə, 2018-cu ildə təhsilə ayrılan xərclərin ÜDM-də xüsusi çəkisi 2.8% olub.

"Xatırladım ki, analoji göstərici Avropa ölkələrində 5-8% arasında dəyişir. Məsələn, Almaniyada təhsil xərclərinin ÜDM-dəki payı 2011-ci ildə 5.1%, Norveçdə isə 2018-ci ildə 7.3%-ə bərabər olub. Halbuki, sadaladığımız ölkələrin təhsil xərclərində dövlətin payı ölkəmizdəkindən, təxminən iki dəfə azdır. Azərbaycan həmin il bu göstəriciyə görə dünya ölkələri arasında 148-ci yerdə qərarlaşıb. Etiraf edim ki, ötən illər ərzində dövlət büdcəsinin xərcləri sürətlə artsa da, təhsilə ayrılan xərclərin artım tempi büdcənin artım tempindən xeyli geri qalıb" – deyə ekspert bildirib.

K. Əsədov qeyd edib ki, ölkənin şəhər və kəndlərində son 10 il ərzində 3500-ə yaxın məktəb tikilib istifadəyə verilib. Məktəbəqədər təhsil müəssisələrinin tikilməsi və yenilənməsi istiqamətində də işlər görülüb. Yeni təhsil müəssisələrinin tikintisi zamanı daha çox müasir təhsil standartlarına uyğunluq nəzərə alınıb: "Amma təəssüf ki, hər məktəbin tikintisi zamanı sərf olunan vəsaitlər barədə şəffaf maliyyə hesabatı, məlumatı yoxdur".

Ekspert iddia edir ki, ali təhsil müəssisələrinin maliyyə fəaliyyəti ilə bağlı isə ümumiyyətlə şəffaflıq yoxdur. Universitetlərin maliyyə hərəkətliliyini görmək olmur: "Bu sahədə apardığım araşdırmaya görə, bir çox hallarda təhsilə dövlət investisiyasının səmərəsiz istifadə edildiyi məlum olur. Belə ki, araşdırma nəticələrindən aydın olub ki, eyni ildə, yəni bərabər iqtisadi mühitin diktəsində ABŞ səfirliyi tərəfindən tikilib istifadəyə verilən təhsil müəssisələrində bir şagird yeri üçün, orta hesabla, 638 manat vəsait xərcləndiyi halda Təhsil Nazirliyinin tikdirdiyi məktəblərdə, analoji xərc 3 dəfə çox və ya 1870 manat təşkil edib".

"Çıxarılan nəticə ondan ibarətdir ki, həqiqətən də hökumət son illər təhsil istiqamətində investisiya xərclərini artırsa da, bu vəsaitlərin xərclənməsi prosesində səmərəlilik, şəffaflıq və effektivlik təmin edilməyib" - deyə ekspert qeyd edib.

Əsas mövzular