05:40 06 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8841
Gəncənin İmamzadə dini kompleksində ehsan süfrəsi açılıb

Mehriban Əliyeva ehsan süfrəsi açdı

AZƏRTAC
CƏMİYYƏT
Qısa URL
65 0 0

Ehsandan mərasimdə iştirak edə bilməyən aztəminatlı ailələrə, Uşaq Evinin sakinlərinə pay göndərilib

BAKI, 17 fevral – Sputnik. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın adından Gəncənin “İmamzadə” dini kompleksində ehsan verilib.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, kompleksin mərasim zalında 1000 nəfər üçün ehsan süfrəsi açılıb. Ehsan süfrəsində Gəncə və ətraf rayonlarda yaşayan din xadimləri, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları, məcburi köçkünlər və aztəminatlı ailələrin üzvləri bir araya gəliblər.

  • Gəncənin İmamzadə dini kompleksində ehsan süfrəsi açılıb
    Gəncənin "İmamzadə" dini kompleksində ehsan süfrəsi açılıb

    © Official website of President of Azerbaijan Republic AZƏRTAC
1 / 3
Gəncənin "İmamzadə" dini kompleksində ehsan süfrəsi açılıb

Mərasim Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, ruhlarına dualar oxunub.

Ehsandan mərasimdə iştirak edə bilməyən aztəminatlı ailələrə, Uşaq Evinin sakinlərinə pay göndərilib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva fevralın 14-də Gəncədə “İmamzadə” dini kompleksini ziyarət ediblər.

Əsas mövzular