00:55 24 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.8816
Həsənovlara verilən əlil arabaları

Saxta əlilliyə görə müavinət alanlardan aldıqları pullar geri alınacaq

© Sputnik / Ilham Mustafa
CƏMİYYƏT
Qısa URL
209 0 0

Nazir bildirib ki, araşdırma zamanı məlum olur ki, saxta əlillik düzəltmək üçün vasitəçilik edənlər nazirliyin işçiləri deyil, hansısa vasitəçilərdir

BAKI, 14 fevral — Sputnik. "Ötən il Azərbaycanda 1055 nəfərə əsassız əlillik təyin edilməsi faktı aşkarlanıb, bu ilin yanvarında isə daha 200 əsassız əlillik ləğv edilib".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev pensiyaların artırılması ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, artıq Səhiyyə Nazirliyi ilə birgə yaradılan işçi qrupu bu məsələ ilə ciddi məşğuldur.

Nazir bildirib ki, araşdırma zamanı məlum olur ki, saxta əlillik düzəltmək üçün vasitəçilik edənlər nazirliyin işçiləri deyil, hansısa vasitəçilərdir: "Ötən il ərzində əlillik 60 faiz azalıb. I qrup üzrə isə əllilik faizi 70 faiz azalıb. Bu dinamika reallığa uyğundur".

S. Babayev bildirib ki, hazırda həmin şəxslərə ödənilən pulun geri qaytarılması ilə bağlı işlər görülür. Belə ki, saxta əlilliyə görə vəzifəsindən azad olunanlar, hətta cinayət işi açılanlar da var.

"Əlilliyi ləğv olunan günədək pensiya alanlara ödənilən vəsait vəzifəli şəxslər tərəfidən geri ödənilməyə başlayıb. Artıq 1 milyon manata vəsait geri qaytarılıb. Ləğv edilən əlilliklərə görə ödənilən vəsaitlərin büdcədə qalması il ərzində 3 milyon manata qənaət deməkdir" - deyə nazir əlavə edib.

Əsas mövzular