08:56 21 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9284
Bakıda dumanlı hava

Həftənin ilk iş gününün hava proqnozu açıqlandı

© Sputnik / Taleh Mahmudov
CƏMİYYƏT
Qısa URL
2382 0 0

Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti, Bakıda gecə 3-5° isti, gündüz 6-8° isti təşkil edəcək

BAKI, 3 fevral - Sputnik. Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azrbaycan-a verilən məlumata görə, fevralın 4-ü Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti, Bakıda gecə 3-5° isti, gündüz 6-8° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şimal və şərq rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-5° isti, gündüz 7-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-6° isti təşkil edəcək.

Əsas mövzular