08:57 21 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9284
Facebook səhifəsi

"Facebook"suz həyat daha xoşbəxt olurmuş

© Sputnik / Natalya Seliverstova
CƏMİYYƏT
Qısa URL
37 0 0

İnsanlar sosial şəbəkələrsiz özlərini daha xoşbəxt hiss edirlər

BAKI, 3 fevral — Sputnik. Stenford universitetinin alimləri maraqlı araşdırma aparıblar.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, araşdırma 2844 amerikalı arasında keçirilib. Belə ki, həmin şəxslərdən "Facebook"dakı profillərini silmələri xahiş edilib. Araşdırma nəticəsində məlum olub ki, insanlar sosial şəbəkələrsiz özlərini daha xoşbəxt hiss edirlər. Çünki bu insanlar dünyada baş verən hadisələrdən və siyasətdən uzaq olurlar.

Sosial şəbəkələr insanların bir-biri ilə daha asan münasibət qurmasına səbəb olur. Eyni zamanda, bütün xəbərlərdən daha tez məlumat əldə etməyə kömək edir. Xüsusilə smartfonların yaradılması sosial şəbəkələrdən istifadəni daha da asanlaşdırıb. Nəticədə insanlar sosial şəbəkələrdə daha çox vaxt keçirir.

Qeyd edək ki, bundan əvvəl 143 nəfər arasında aparılan araşdırma zamanı da məlum olmuşdu ki, "Facebook"dan uzaqlaşmaq insanın əhvalının daha da yaxşılaşmasına səbəb olurmuş.

Əsas mövzular