21:23 05 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8841
Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal Yaşayış Kompleksi

"Güzəştli mənzil"lərin seçimi başa çatdı

© Official website of President of Azerbaijan Republic
CƏMİYYƏT
Qısa URL
76 0 0

Seçilmiş 174 mənzilin 160-ı vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib

BAKI, 25 yanvar — Sputnik. Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksinin 1-5 saylı binaları üzrə 46 mənzilin, həmçinin 6 və 7 saylı binalarında yerləşən 128 mənzilin, ümumilikdə 174 mənzilin satışı prosesinə 25.01.2019-cu il tarixində saat 11:00-da başlanılıb və mənzillərin seçimi qısa müddətdə başa çatdırılıb.

Bu barədə Sputnik Azərbaycan-a MİDA-nın mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 24.05.2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq satışa çıxarılan 174 mənzilin seçimi "Elektron hökumət" portalı (www.e-gov.az) üzərindən "Güzəştli mənzil" elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilib. "Güzəştli mənzil" sistemində elektron kabinet əldə etmiş şəxslərin sayı 10242 nəfərdir.

Güzəştli mənzillərin ilk satışı zamanı 324 mənzilin seçimində 4542 şəxs iştirak etmişdisə, bu günkü satış zamanı 174 mənzilin seçimində iştirak edənlərin sayı 5909 nəfər olub. Bu isə güzəştli mənzillərə vətəndaşların tələbatının və marağının yüksək olduğunun göstəricisidir.

Bildirilir ki, seçilmiş 174 mənzilin 160-ı vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib.

Mənzillərin seçimi prosesi Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında yaradılmış operativ qərargahda Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, "Elektron Hökumətin İnkişafı Mərkəzi"nin və "Ernst & Young" şirkətinin nümayəndələrinin iştirakı ilə müşahidə edilib.

Əlaqədar

"Güzəştli mənzil" almaq istəyənlərin nəzərinə
Mənzil uğrunda müharibə: Evə qapıdan yox, divardan girdilər
Azərbaycanda mənzil problemini Avropadakı ipoteka şərtləri ilə həll etmək mümkündür
Teqlər:
MİDA, satış, mənzil, güzəşt

Əsas mövzular