11:16 19 Yanvar 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9369
Heydər Əliyev Beynəlxalq Aeroportu

Beynəlxalq Aeroport maraqlı rəqəmlər açıqladı

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
21 0 0

Ötən il Heydər Əliyev Beynəlxalq Aeroportuna ümumilikdə 36 xarici sərnişin aviaşirkəti müntəzəm uçuşlar həyata keçirib

BAKI, 11 yanvar — Sputnik. "Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin dövriyyəsinin həcminə görə yeni rekord müəyyənləşdirilib - ötən il ərzində hava limanı ümumilikdə 4,43 milyon sərnişinə xidmət göstərib. Bu, 2017-ci ilin göstəricisindən 9 faiz çoxdur".

AZAL təyyarəsi
© Sputnik / Murad Orujov

Bu barədə Sputnik Azərbaycan-a Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, 2018-ci il ərzində aeroportun baza aviadaşıyıcıları - AZAL və "Buta Airways" müvafiq olaraq 1,89 milyon və 442 min sərnişin daşıyıb.

Beynəlxalq reyslərlə ümumilikdə 3,81 milyon sərnişin, regional reyslərlə isə 620 min sərnişin daşınıb. Beynəlxalq reyslərin ümumi sayının 33,4 faizi AZAL-ın, 11,6 faizi "Buta Airways"in, 55 faizi isə xarici aviaşirkətlərin payına düşüb.

2018-ci ildə beynəlxalq sərnişin aviadaşımaları üzrə aviaşirkətlərin onluğuna AZAL və "Buta Airways" ilə yanaşı "Turkish Airlines", "FlyDubai", "Aeroflot", "UIA" (Ukrayna Beynəlxalq Hava Yolları), "Air Arabia", "S7 Airlines", "Qatar Airways", "Utair", "Lufthansa" və "SCAT" daxil olub. Onlar ümumilikdə 1,15 milyon sərnişinə xidmət göstərib.

2018-ci ildə İstanbul, Moskva, Dubay, Kiyev, Şarja, Tehran, Bağdad, Tbilisi, Doha və Təl-Əviv beynəlxalq istiqamətlərin ən populyar onluğuna daxil olub. Bu istiqamətlər üzrə 2,7 milyon sərnişin uçub.

Ötən il Heydər Əliyev Beynəlxalq Aeroportuna ümumilikdə 36 xarici sərnişin aviaşirkəti müntəzəm uçuşlar həyata keçirib.

Əsas mövzular