18:15 17 Yanvar 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9350
UEFA Avropa Liqası Muzeyi

Pulsuz olduğu üçün hamının marağına səbəb olan muzey

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
10139 0 0

Muzey 7 yanvar 22:00-a kimi açıq olacaq.

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 29 dekabr — Sputnik. Bir neçə gün öncə, daha dəqiq desək, dekabr ayının 22-də Bakıda UEFA Avropa Liqasına həsr olunmuş muzey izləyiciləri qəbul etməyə başlayıb. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında müvəqqəti qurulmuş muzey saat 15:00-dan açılır. Axşam 22:00-a kimi isə fəaliyyət göstərir.

Sputnik Azərbaycan olaraq muzeyə baş çəkmək qərarına gəldik.

UEFA Avropa Liqası Muzeyi
© Sputnik / Murad Orujov
UEFA Avropa Liqası Muzeyi

Düşünürdük ki, muzeyə gələn azarkeşlərin sayı çox olacaq. Ancaq gözlədiyimizin tam əksi ilə qarşılaşdıq. Belə ki, muzeydə çox az sayda adam var idi. Onlardan da cəmi bir neçəsi əsl futbol azarkeşi idi. Qalanları isə muzeyin yanından təsadüfi keçən insanlar idi. Maraqlı gəldiyinə və giriş ödənişsiz olduğuna görə muzeyə girmişdilər.

Bizimlə birlikdə muzeyə, təxminən, 10-11 yaşlı oğlu ilə birlikdə bir xanım daxil oldu. Azyaşlı olsa da, uşağın futbolla yaxından maraqlandığı, sevdiyi hiss olunurdu. Hər eksponatın qarşısına keçdikcə, maraqla baxırdı və dodaqaltı nə isə danışırdı. Qulaq versək də, nə dediyini dəqiq anlaya bilmədik.

Etiraf edək ki, muzeydən gözləntilərimiz çox idi. Zəngin eksponat və informasiya yüklü məlumatların olacağını ümid etsək də, elə olmadı. Salonda sadəcə bir çox məşhur futbolçuların formaları asılmışdı. Formaların əksəriyyətində ulduz futbolçuların imzaları həkk olunmuşdu. O formaları özəl edən də ancaq bu nüans idi.

Muzeydə insanı cəlb edən amillərdən biri Azərbaycanı Avropa Liqasının qrup mərhələsində təmsil etmiş hər üç klubumuzun – "Neftçi", "Qarabağ" və "Qəbələ"nin bayraqlarının asılması idi. Həmin klubların formaları da muzeydə eksponat kimi nümayiş olunur. Onu da deyək ki, Avropa Liqasının qrup mərhələsində təmsilçimizi ("Qarabağ" klubunu) oyuna çıxaran məşqçi kimi Qurban Qurbanovun adı da barəsində məlumat verilənlər arasında idi.

UEFA Avropa Liqası Muzeyi
© Sputnik / Murad Orujov
UEFA Avropa Liqası Muzeyi

Eyni zamanda "Liverpul", "Mançestr Yunayted", "Çelsi", "Arsenal" kimi nəhəng komandaların bayraqları muzeyə xüsusi gözəllik verir. Muzeydə müxtəlif toplar da nümayiş olunur. Bir çox qarşılaşmalarda istifadə edilmiş və daha sonra imzalanmış toplar şüşə altında parlayır.

Bu məqamda, qarşılaşdığımız bir nüansı da qeyd etməsək olmaz. Belə ki, iki xanım dialoqu diqqətimizdən yayınmadı. Qadınlar danışdıqca muzeyə təsadüfən düşdükləri aydın olurdu. Biri digərindən soruşur: "Ay qız, niyə girdik bura?". Rəfiqəsi isə belə cavab verir: "Sənsən də, dedin, gedək, baxaq. Bəlkə maraqlı nəsə tapdıq. Biz futbola baxanıq? Gəl, çıxaq". Ancaq birinci xanım muzeydəki eksponatları "dəyərləndirmək" qərarına gəlir: "Dayan, futbolçuların formalarının qarşısında şəklimi çək. "Instagram"da paylaşacam. Qoy, o, elə bilsin ki, futbol fanatıyam". Xanım bunu deyib ürəkdən gülür. Daha sonra bir-iki şəkil çəkdirib muzeydən çıxırlar.

Əminik ki, muzey fəaliyyət göstərdiyi müddətcə belə təsadüfi izləyiciləri çox olacaq.

Ancaq onu da etiraf edək ki, orada olduğumuz zaman muzeyə gələn gənc oğlanların əksəriyyəti futboldan yaxşı anlayışı olanlar idi. Hiss olunurdu ki, gənclərdən ikisi "Yuventus"un, hündür boylu, qonur saçlı olanı isə "Çelsi"nin azarkeşidir. Çünki aralarında müzakirə apararkən ikisi "Yuventus"u tərifləsə də, tək qalan oğlan "Çelsi"nin uğurlarını göstərib, onlara komandasının daha güclü olduğunu sübut etməyə çalışırdı.

  • UEFA Avropa Liqası Muzeyi
    UEFA Avropa Liqası Muzeyi
    © Sputnik / Murad Orujov
  • UEFA Avropa Liqası Muzeyi
    UEFA Avropa Liqası Muzeyi
    © Sputnik / Murad Orujov
  • UEFA Avropa Liqası Muzeyi
    UEFA Avropa Liqası Muzeyi
    © Sputnik / Murad Orujov
  • UEFA Avropa Liqası Muzeyi
    UEFA Avropa Liqası Muzeyi
    © Sputnik / Murad Orujov
  • UEFA Avropa Liqası Muzeyi
    UEFA Avropa Liqası Muzeyi
    © Sputnik / Murad Orujov
  • UEFA Avropa Liqası Muzeyi
    UEFA Avropa Liqası Muzeyi
    © Sputnik / Murad Orujov
  • UEFA Avropa Liqası Muzeyi
    UEFA Avropa Liqası Muzeyi
    © Sputnik / Murad Orujov
  • UEFA Avropa Liqası Muzeyi
    UEFA Avropa Liqası Muzeyi
    © Sputnik / Murad Orujov
  • UEFA Avropa Liqası Muzeyi
    UEFA Avropa Liqası Muzeyi
    © Sputnik / Murad Orujov
  • UEFA Avropa Liqası Muzeyi
    UEFA Avropa Liqası Muzeyi
    © Sputnik / Murad Orujov
1 / 10
© Sputnik / Murad Orujov
UEFA Avropa Liqası Muzeyi

Muzeydə olduğumuz müddətdə kiçik bir müşahidə də apardıq. Gəldiyimiz nəticə isə belə oldu ki, azərbaycanlı futbol fanatlar muzeydə ən çox "Yuventus", "Çelsi" və "Beşiktaş"a, həmçinin yerli komandalara maraq göstərirdilər.

Əgər UEFA Avropa Liqasına həsr olunmuş muzey sizə də maraqlı gəldisə, tarixi əşyaya çevrilmiş futbol aksesuarlarını əyani şəkildə görmək istəyirsinizsə, o zaman tələsin. Muzey yanvar ayının 7-i, saat 22:00-a kimi açıq olacaq.

Əsas mövzular