07:34 17 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Xeyirxahlıq ağacı Sputnik

Xəyallar gerçəkləşdi: Sputnik Azərbaycan xəstə uşaqların arzularını çin etdi

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
46 0 0

Talassemiya və leykozdan əziyyət çəkən uşaqlara hədiyyələrin toplanması məqsədilə təşkil edilən #YolkaXeyirxahlıqAğacı xeyriyyə aksiyası uğurla başa çatıb.

BAKI, 27 dekabr — Sputnik. Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun ağır xəstəliklərdən - talassemiya və leykozdan əziyyət çəkən uşaqlara hədiyyələrin toplanması məqsədilə təşkil etdiyi #YolkaXeyirxahlıqAğacı xeyriyyə aksiyası uğurla başa çatıb.

Builki layihədə Talassemiya Mərkəzində müalicə alan, yaşı 18-dək olan xəstə uşaq və yeniyetmələr iştirak edib.

Uşaqlar öz Yeni il arzularını xüsusi açıqcalara yazıblar və bu açıqcalar Sputnik Azərbaycan-ın "Gənclik Moll" (Ganjlik Mall) Ticarət Mərkəzindəki "Əli və Nino" kitab mağazasında quraşdırdığı #YolkaXeyirxahlıqAğacı layihəsinə məxsus Yeni İl yolkasını bəzəyib.

#YolkaXeyirxahlıqAğacı xeyriyyə aksiyası bir daha göstərdi ki, bizim ölkədə başqalarının üzləşdiyi bəlaya həssaslıqla yanaşmağı bacaran və ən əsası da uşaqları sevən çox sayda insan var. Onlar ən azı gecikmədən uşaqların Yeni İl istəklərini yerinə yetirməyi öz üzərilərinə götürən əsl Şaxta babalar idi. Və builki hədiyyələr siyahısı ötən illə müqayisədə həm kəmiyyət, həm də keyfiyyət baxımından əhəmiyyətli dərəcədə genişlənmişdi.

Uşaqlara gələn hədiyyələr arasında ənənəvi gəlinciklər, velosipedlər, maşınlar, vertolyotlar, rəsm çəkmək üçün ləvazimatlar, məktəbli çantaları, qol saatları, bijüteriyalar, smartfonlar, qış geyimləri, ayaqqabılar və bir çox digər əşyalar var.

Велосипеды для детей от Baku White City
© Sputnik / Irade JELIL
Baku White City-dən uşaqlar üçün velosipedlər

Hədiyyələrin toplanması dekabrın 27-də başa çatmalı idi və onların dekabrın 28-də Talassemiya Mərkəzinə çatdırılması nəzərdə tutulmuşdu. Lakin bakılı Şaxta babalar uşaqların arzularını yerinə yetirməyə tələsiblər və artıq dekabrın 25-də bütün hədiyyələr Sputnik Azərbaycan-ın redaksiyasında toplandı.

Dekabrın 27-də xeyriyyə aksiyası uğurla başa çatdı və agentliyin əməkdaşları hədiyyələri Talassemiya Mərkəzinin pasientlərinə çatdırdılar. Siz bunun necə baş tutduğu barədə dekabrın 28-də Sputnik Azərbaycan-da yayımlanacaq yekun məqalədə tanış ola biləcəksiz.

Hələlik isə biz sizi #YolkaXeyirxahlıqAğacı xeyriyyə aksiyasına dəstək verən qayğıkeş və xeyirxah insanların bir qismi ilə tanış etmək istəyirik.

Uşaqların arzularının bir hissəsini yerinə yetirməyi "Şirin su" brendi öz üzərinə götürüb.

Bu aksiya çərçivəsində daha bir neçə hədiyyəni qadın geyimlərinin hazırlanması ilə məşğul olan FANCY brendinin təsisçisi Nigar Rəhimova alıb.

#YolkaXeyirxahlıqAğacı aksiyasına Baku White City-nin kollektivi də qoşulub və onlar uşaqlara doqquz ədəd velosiped hədiyyə ediblər. Hədiyyələr arasında qış geyimləri və oyuncaqlar da olub. Bu təşəbbüsə digər Şaxta babalar da qoşulub. Aksiya çərçivəsində 20-dən artıq uşaq üçün digər hədiyyələr də toplanıb. Bununla yanaşı nağıl dünyasından gələn babalar iki uşağın müalicəsi üçün pul vəsaiti bağışlayıblar. Bir qıza isə Nokia 2.1. smartfonu hədiyyə edilib.

Подарки от коллектива Baku White City
© Sputnik / Irade JELIL
Baku White City-nin kollektivindən hədiyyələr

Kommersiya müəssisələri ilə yanaşı layihədə müğənnilər, müəllimlər, həkimlər, jurnalistlər, arxitektorlar, menecerlər, eləcə də digər peşə sahibləri və evdar xanımlar iştirak edib. Bir sözlə, məşhurlarla yanaşı adi insanlar da aksiyaya qoşulub.

Altı uşaq üçün hədiyyəni adının açıqlanmasını istəməyən bir ailə alıb. Hədiyyələr arasında bahalı oyun qurğusu - PlayStation 4, Samsung Galaxy A5 smartfonu, brend markalardan geyimlər, məktəbli çantası və çoxsaylı digər dəftərxana ləvazimatları da var.

Bakılı Şaxta babalar uşaqların arzularını yazdıqları açıqcalara ən gözəl arzularını qeyd ediblər. Ən başlıcası isə bu sözləri yazıblar - Hər zaman möcüzələrə inanın və tez sağalın!

Layihəyə ən qiymətli dəstəyi "Əli və Nino" mağazalar şəbəkəsinin əməkdaşları veriblər. Maksimum məsuliyyət nümayiş etdirərək bizə yolkanı qurmaqda, bəzəməkdə və sökməkdə, gündə bir neçə dəfə uşaqların arzularını yerinə yetirən Şaxta babaların gətirdikləri hədiyyələr barədə məlumat verməkdə, hədiyyələri bir yerə toplamaqda, hədiyyələrin gətirildiyi maşınların Ganjlik Mall-da parklanmasında öz köməkliklərini əsirgəməyiblər. Bu ciddi dəstək sayəsində aksiyanın işi uğurlu şəkildə koordinasiya edilib.

Əsas mövzular