CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Video oyunlar yaşlı insanların yaddaşını gücləndirir

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidVideo oyunlar
Video oyunlar - Sputnik Azərbaycan
Abunə olmaq
Araşdırmada bir neçə qrupa bölünmüş 55 yaşından böyük 33 nəfər iştirak edib

BAKI, 26 dekabr — Sputnik. Monreal universitetinin araşdırmaçılar qrupu müəyyən edib ki, video oyunlar yaşlı insanların yaddaşını möhkəmləndirir.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, araşdırmada bir neçə qrupa bölünmüş 55 yaşından böyük 33 nəfər iştirak edib.

Birinci qrup gün ərzində bir neçə saat Super Mario oynayıb, ikinci qrup zamanını fortepiano qarşısında keçirib, 3-cü qrup isə heç bir işlə məşğul olmadan istirahət edib.

Mütəxəssislər mütəmadi oyun oynayan insanların yaddaşında yaxşılaşma müşahidə edib. Bu zaman beyində olan boz maddənin səviyyənin yüksəldiyi nəzərə çarpıb. İlk iki qrupda boz maddənin artdığı müşahidə edilsə də, üçüncü qrupda heç bir artım müşahidə edilməyib.

Xəbər lenti
0