14:03 19 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.9020
Qəbələdə qar

Azərbaycana qış gəlib

© Sputnik / Ilham Ahmadov
CƏMİYYƏT
Qısa URL
32110

Bu gecə həm də Çillə gecəsi olub, bu gündən etibarən Böyük çillə başlayıb və 40 gün davam edəcək

BAKI, 22 dekabr — Sputnik. Azərbaycana qış fəsli daxil olub.

Qaxda ilk qar
© Sputnik / Shahperi Abbasova

Sputnik Azərbaycan xəbər verir ki, qış fəsli Bakı vaxtı ilə saat 02:22-də gəlib. Bu gün Şimal yarımkürəsində ən uzun gecə, ən qısa gündüz yaşanıb. Cənub yarımkürəsində isə bu gün, əksinə olaraq ən qısa gecə, ən uzun gündüz qeydə alınıb.

Xatırladaq ki, qış fəslinin gəlişi zamanı Günəş üfüqdən ən minimum nöqtədə olur. Günəş şüalarının istiqaməti ilə yerin fırlanma oxu ən böyük bucaq əmələ gətirir. Bu səbəbdən də, bu fəsildə soyuq hava şəraiti müşahidə olunur.

Bu gecə həm də Çillə gecəsi olub, bu gündən etibarən Böyük çillə başlayıb və 40 gün davam edəcək. Azərbaycanın bəzi bölgələrində Çillə gecəsinin ritualları unudulsa da, bəzi bölgələrdə hələ də insanlar toplanıb Çillə mərasimləri keçirirlər.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycana yaz martın 21-də Bakı vaxtı ilə saat 01.58-də, yay iyunun 21-də saat 19.54-də, payız sentyabrın 23-də saat 11.50-də, qış isə dekabrın 22-də saat 08.19-da daxil olacaq.

Əlaqədar

Qış gəlməmiş qazdan boğulmalar başladı
Qış gəlir, soyuqlar düşür, onların gözü isə hələ də yoldadır
Bütöv qitədə yay-qış vaxtına keçid ləğv olunacaq
"Azərişıq" əhaliyə fərqli bir qış mövsümü vəd edir - Xidmət sektoru "döyüşə" hazırdır
Bu gecə Azərbaycana qış gəlir
Teqlər:
gecə, gündüz, qar, qış

Əsas mövzular