15:29 16 Yanvar 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9398
Azərbaycan Əlil Qadınlar Cəmiyyətinin 5 illik hesabatının nəticələri açıqlanıb

Azərbaycanda əlil qadınların sayı açıqlandı

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
24 0 0

"Ucqar rayonlarda yaşayan qadınların başlıca problemlərindən biri tibb müəssisələrin çatışmazlığıdır"

BAKI, 11 dekabr — Sputnik. Azərbaycan Əlil Qadınlar Cəmiyyətinin 5 illik hesabatının nəticələri açıqlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, AƏQC-nin sədri Məhluqə Rəhimova cəmiyyətin 20 il ərzində gördüyü işlərdən danışıb. O, hazırda Azərbaycanda 220 mindən artıq əlil qadının olduğunu deyib.

Azərbaycan Əlil Qadınlar Cəmiyyətinin 5 illik hesabatının nəticələri açıqlanıb
© Sputnik / Murad Orujov
Azərbaycan Əlil Qadınlar Cəmiyyətinin 5 illik hesabatının nəticələri açıqlanıb

M.Rəhimova daha sonra əlil qadınların problemlərindən söz açıb: "Bu gün Azərbaycanda əlil qadınların bir sıra problemləri var. Həmçinin əlil övladı olan qadınların da problemləri az deyil. Bəzi hallarda əlil övlada sahib olduğu üçün onlar övladlarını tək böyütməli olurlar".

M.Rəhimova qeyd edib ki, məişət zorakılığı ilə mübarizə aparmaq üçün rəhbəri olduğu cəmiyyət 2014-cü ilin 24 aprel tarixindən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində akkreditasiya edilən 14 təşkilatdan biridir.

Azərbaycan Əlil Qadınlar Cəmiyyətinin 5 illik hesabatının nəticələri açıqlanıb
© Sputnik / Murad Orujov
Azərbaycan Əlil Qadınlar Cəmiyyətinin 5 illik hesabatının nəticələri açıqlanıb

Cəmiyyət sədri həmçinin ucqar yerlərdə yaşayan qadınların problemindən də söz açıb: "Ucqar rayonlarda yaşayan qadınların başlıca problemlərindən biri tibb müəssisələrinin çatışmazlığıdır. Bəzən bu hallar ana və uşaq ölümünə səbəb olur. Belə olayların baş verməməsi üçün bəzi ucqar rayonlarda tibb müəssisələrinin yaradılmasını təklif etdik. Həmçinin Ağstafa rayonunun ucqar rayonlarında da belə müəssisələrin yaradılmasının vacib olduğunu vurğulamışıq".

Əsas mövzular