20:36 16 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Bakıya sulu qar yağır

Temperatur kəskin düşəcək, yağış və qar yağacaq - XƏBƏRDARLIQ

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
921 0 0

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə enəcək

BAKI, 28 noyabr — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.

Departamentdən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 29-u günün ikinci yarısından 30-u gündüzədək güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə enəcək.

Azərbaycanın rayonlarında noyabrın 30-dan dekabrın 2-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır. Yağıntının bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Noyabrın 29-u gündüzdən 30-u gündüzədək qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə enəcək. Çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın keçəcəyi bildirilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, noyabrın 29-u günün ikinci yarısından 30-u gündüzədək Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Əlaqədar

Həftənin son hava xəbərdarlığı açıqlandı
Hava limanında tikə-tikə olan erməni "öz ölümünü axtarırmış"
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlandı
Yeni həftənin ilk gününün hava proqnozu açıqlandı
Sabahın hava proqnozu açıqlandı
Teqlər:
yağış, qar, temperatur, xəbərdarlıq, Hava proqnozu

Əsas mövzular