15:58 16 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Zirəddin Rzayev

Zirəddin Rzayev Rusiyada nazir olmaq təklifindən imtina etdi

© Instagram / ziraddinrzaev
CƏMİYYƏT
Qısa URL
6874 0 0

Azərbaycanlı ekstrasens gələcəkdə Rusiyanın Maqlar Nazirliyinin başçısı olmaq niyyətində deyil

BAKI, 26 noyabr — Sputnik. Sosial media izləyiciləri azərbaycanlı ekstrasens Zirəddin Rzayevə gələcəkdə magiya naziri olmağı təklif ediblər.

Qeyd edək ki, Moskva şəhər Dumasının deputatı, ictimai birliklər və dini təşkilatların işi üzrə komissiyanın sədri Anton Paleyev Rusiyada Maqlar Nazirliyi təsis etmək təklifini irəli sürüb. Zirəddin Rzayevə də nazir postunu tutmaq təklifi buradan qaynaqlanıb. Sosial media izləyiciləri həmin nazirlik yaradılacağı təqdirdə, azərbaycanlı ekstrasensin nazir postuna ən layiqli namizəd olacağını bildiriblər.

Посмотреть эту публикацию в Instagram

Публикация от 🇷🇺 ЗИРАДДИН РЗАЕВ (@ziraddinrzaev)

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Zirəddin Rzayev özünün Instagram sosial şəbəkəsindəki hesabında məlumat yayıb. O, qeyd edib ki, Rusiya KİV-dən birinə müsahibə verib. Ekstrasens orada deputat Paleyevin sözlərinə münasibətini bildirib. Rzayevin sözlərinə görə, yaxın gələcəkdə bu təklif reallaşa bilər.

Zirəddin Rzayevin izləyiciləri dərhal nazir postuna onun namizədliyini dəstəkləyiblər. Yazıblar ki, yalnız o, bu nazirlikdə nazir postunu tuta bilər. Ekstrasens isə öz növbəsində etiraf edib ki, sözügedən nazirliyə rəhbərlik etmək niyyətində deyil.

Xatırladaq ki, bu günlərdə Anton Paleyev peşəkar ekstrasenslərlə şarlatanları süzgəcdən keçirmək üçün Maqlar Nazirliyi yaratmağı təklif edib.

Zirəddin Rzayev azərbaycanlı ekstrasens, öncəgörən, "Bitva ekstrasensov" (Ekstrasenslərin döyüşü) şousunun 6-cı mövsümünün finalçısıdır. İxtisasca həkimdir. Hazırda Moskvada yaşayır və işləyir. Rusiya telekanallarındakı müxtəlif verilişlərdə iştirak edir.

Əlaqədar

Zirəddin Rzayev məşhur rus aparıcını cəmiyyət üçün böyük təhlükə adlandırıb
Efirdən qovulan Zirəddin Rzayev kadrarxası mətləbləri ortaya çıxardı
Zirəddin Rzayev bunu da etdi - VİDEO
Zirəddin Rzayevdən şok xəbərdarlıq: Onun mirası lənətlənib
Zirəddin Rzayev oliqarxın sevgilisi olan məşhur qadının sirli ölümünün üstünü açdı
Teqlər:
təklif, Rusiya, imtina, post, nazir, Zirəddin Rzayev

Əsas mövzular