15:18 17 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9230
Avtomobil yolunun açılışı

Bakıda iki yeni avtomobil yolu istifadəyə veriləcək

© Official web-site of President of Azerbaijan Republic
CƏMİYYƏT
Qısa URL
396 0 0

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi iki yolun açılışını edəcək

BAKI, 16 noyabr — Sputnik. Bu il Bakıda yeni tikilən iki avtomobil yolu istifadəyə veriləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

S.Məmmədovun sözlərinə görə, hazırda Bakının Yasamal rayonunda "Qanlı göl" adlanan ərazidə inşa olunan sosial evlərdən Bakı Dairəvi Yolu ilə Şərifzadə küçəsini birləşdirəcək yol yekunlaşmaq üzrədir: "Bununla yanaşı, həmçinin paytaxtın Ziya Bünyadov prospektini Böyük Şor gölü ərazisindən keçməklə Balaxanı-Novxanı avtomobil yolunu birləşdirən avtomobil yolunun tikintisi başa çatır. Bu il hər iki yol qovşağı istifadəyə veriləcək".

Əlaqədar

Yol Polisi yük avtomobili sürücülərinə sərt xəbərdarlıq etdi
Ölkədə yol qəzaları ilə bağlı statistika açıqlandı
Dəhşətli yol qəzası azı 12 nəfərin canını aldı
Bəxti qara gətirən yol yenidən dağılıb, kəndə ancaq böyük maşınlar gedə bilir
Teqlər:
Saleh Məmmədov, açılış, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, avtomobil yolu

Əsas mövzular