09:23 13 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9254
Tənha adam

İlahiyyat eksperti: “İnsanların avamlığı cəhalətin yayılmasına səbəb olur”

CC0 / Skitterphoto / Lonely
CƏMİYYƏT
Qısa URL
32 0 0

“Bu metodu tətbiq edən cahillərin haradan ağıllarına gəlib ki, insanı döyməklə onun bədənindən cini çıxarmaq mümkündür?”

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 14 noyabr — Sputnik. Şabranda baş verən “cinçıxarma” cinayətindən sonra cinlərlə bağlı mövzu yenidən aktuallaşıb. Belə ki, 6 kişi birləşərək cavan oğlanın içindən “cin çıxarmaq” istəyərkən onu öldürüblər.

Baş verən hadisə hüquq-mühafizə orqanlarının diqqətini cəlb etməklə yanaşı, sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Bəziləri “cinin insan bədəninə girməsi” fikrini dəstəkləsə də, əksəriyyət belə bir faktın mümkünsüz olduğunu düşünür. 

Rəsul Mirhəşimli
© Photo : R.Mirhəşimlinin şəxsi arxivi
Rəsul Mirhəşimli

İlahiyyat üzrə ekspert Rəsul Mirhəşimli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki,  baş verən hadisə cahillikdən doğan bir cinayətdir: “Bu metodu tətbiq edən cahillərin haradan ağıllarına gəlib ki, insanı döyməklə onun bədənindən cini çıxarmaq mümkündür?!”

R.Mirhəşimli qeyd edib ki, cinlərin varlığına inam bütün dinlər üçün xarakterikdir. Bu məsələ təkcə İslam dinində deyil. Hətta dindən ayrı sayılan xalq yaradıcılığında da cinlərin varlığı ilə bağlı məsələlər öz əksini tapıb.

“O ki qaldı bizim dinimizdə cinlərin varlığına inanmağa, bu, Qurani-kərimdəki “Cin” surəsi ilə bəyan edilir. İnsanın bədəninə cinin daxil olması mümkündür, yaxud hansı hallarda cinlər insan bədəninə girə bilər. Bu məsələ mənim biliklərimin xaricindədir. Ayələrin birində belə buyurulur: “Sələm (müamilə, faiz) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq Şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar” (“Bəqərə” surəsi, ayə 275)” – deyə ilahiyyatçı bildirib.

O əlavə edib ki, xalqımızın deyimlərində də cinlə bağlı öz əksini tapmış ifadələr var: “Cin çarpmış dəliyə döndü”, “Elə bil cin təpəsindən vurdu” və s. deyimlər xalqımızın yaddaşında əsası olmadan kök sala bilməzdi. Tanınmış İslam alimlərindən olan Əhməd bin Hənbəl oğlu Abdullaha verdiyi cavabı xatırlamaq istəyirəm. Əhməd bin Hənbəl deyir ki, cinin insan bədəninə girməyəcəyini deyən insanlar yalan söyləyirlər”. 

Cin və can
© Sputnik
Cin və can

Mirhəşimlinin fikrincə, mövzu o qədər həssasdır ki, bu məsələdən danışan şəxsin dedikləri bəzən çox ifrat hadisələrin yaşanmasına səbəb ola bilər. Necə ki, bir neçə gün öncə bir qrup insan “cinçıxarma uzmanı” adı altında bir gəncin həyatına son qoydu.

“Elə zamanda yaşayırıq ki, indi hər sahənin öz mütəxəssisi var. İnsanlar bədənlərində hansısa xəstəliyin olduğunu zənn edirlərsə, ilk növbədə tibb işçilərinə müraciət etsələr, yaxşı olar. İnsanların xəstələndikləri zamanı həkimə deyil, başqalarına üz tutması bu cür faciələrə meydan açır. Bir çox dələduz da insanların avamlığından istifadə edib, öz cəhalətlərini ətrafdakılara yayırlar” – deyə o vurğulayıb.

İlahiyyatçı sonda onu da qeyd edib ki, cinin insan bədəninə girib-girməməsi mövzusu, hətta tanınmış din alimlərinin xüsusi həssaslıqla yanaşdığı mövzudur: “Əgər islam, xristian və yəhudi alimləri cinlər mövzusundan ehtiyatla danışırlarsa, bu məsələ hər kəsin biləcəyi mövzu ola bilməz”.

Əlaqədar

İlahiyyatçı: “Qurani-Kərimdə qurban sözü heyvan kəsmək mənasında işlədilmir”
İlahiyyatçı: “İnsanlar qurbanın nə demək olduğunu anlamalıdırlar”
İlahiyyatçı: “Ümumiyyətlə cümə namazlarında iştirak etmirəm”
Məhərrəm ayında müsəlmanlar nə etməlidir - ilahiyyatçı şərhi
Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətinin ilkin nəticələri açıqlanıb
Teqlər:
ilahiyyat, cəhalət, cin, Rəsul Mirhəşimli

Əsas mövzular