16:39 20 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9459
Qoca kişi, arxiv şəkli

Əmlakını arvadları arasında bölə bilməyən Şəmkir sakini sığınacağa üz tutdu

CC0 / beejees / hand
CƏMİYYƏT
Qısa URL
104 0 0

Cavad Cavadovun övladları 2006, 2008, 2009, 2010, 2012, 2014, 2016, 2017-ci il təvəllüdlüdür

BAKI, 2 noyabr — Sputnik. Şəmkir rayon sakini, 71 yaşlı Cavad Cavadov birinci və ikinci həyat yoldaşı arasında əmlakı bölə bilmədiyi üçün sığınacağa müraciət edib.

“Təmiz Dünya Qadınlara Yardım” İctimai Birliyinin sədri Mehriban Zeynalova Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, tərəflər arasında əmlak problemi yaşanır: “Kişinin həm birinci, həm də ikinci həyat yoldaşından 4 övladı var. O hansı prinsiplə, hansı siyasətlə 8 uşağı dünyaya gətirib, bilmirəm. Ancaq onu bilirik ki, birinci həyat yoldaşı evdə oturub və keçmiş əri ilə onun ikinci həyat yoldaşını evə buraxmır. Kişi yardım almaq üçün uşaqlarını və ikinci həyat yoldaşını götürüb Bakıya gəlib. Ötən gün gecə sığınacağımıza gəldiyi üçün ona texniki işçilərin qaldığı yerdə gecələməyə icazə verdik. Bildirdik ki, ata burada qala bilməz. Lakin uşaqlar atalarından ayrı qalmadılar, bu gün sığınacağımızı tərk etdilər”.

M.Zeynalova C.Cavadovun işinin məhkəməlik olduğunu, lakin bununla bağlı onlara hansısa sənəd vermədiyini söyləyib.

Qeyd edək ki, Cavad Cavadovun övladları 2006, 2008, 2009, 2010, 2012, 2014, 2016, 2017-ci il təvəllüdlüdür. 71 yaşlı kişinin ikinci həyat yoldaşı Elmira Cavadovanın isə 37 yaşı var.

Əlaqədar

Bu qədər türk düşməninin Almaniyada sığınacaq tapması təsadüfdür?
Onlar daha soyuqdan donmayacaqlar – sığınacaq yaradılıb
Taliban rejiminin əleyhdarı olan əfqanlar Azərbaycandan sığınacaq istəyib
Saakaşvili yenə uduzdu, sığınacaq ala bilmədi
Türklər Almaniyaya niyə qaçır: 768 diplomat və məmur sığınacaq istəyib
Teqlər:
ailə, sığınacaq, Mehriban Zeynalova, kişi, Şəmkir rayonu

Əsas mövzular