09:43 17 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
ASAN Xidmət mərkəzi

Prezident “ASAN Xidmət”in səlahiyyətini artırdı, əlavə xidmətlər verdi

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
572 0 0

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli fərmanında dəyişiklik edilib

BAKI, 26 oktyabr — Sputnik. Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli fərmanında aşağıdakı dəyişikliklər edilin:

1. Aşağıdakı məzmunda 5.7.4-cü yarımbənd əlavə edilsin:

“5.7.4. torpaq üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışın, həmin torpaq sahəsinin planının və ölçüsünün verilməsi;”.

2. 5.9-cu bənd aşağıdakı redaksiyada verilsin:

“5.9. hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin verilməsi;”.

3. Aşağıdakı məzmunda 5.11-2-ci bənd əlavə edilsin:

“5.11-2. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması;”.

4. 5.15-ci bənd aşağıdakı redaksiyada verilsin:

“5.15. hərbi qeydiyyatla bağlı:

5.15.1. yaşayış yeri üzrə qeydiyyata alındığı və ya qeydiyyatdan çıxarıldığı hallarda çağırışçıların və hərbi vəzifəli vətəndaşların hərbi qeydiyyata alınması və hərbi qeydiyyatdan çıxarılması;

5.15.2. vətəndaşın hərbi qeydiyyatda olmasına dair arayışın verilməsi;

5.15.3. vətəndaşa müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verildiyinə dair arayışın verilməsi;

5.15.4. həqiqi hərbi xidmət keçmiş şəxsə hərbi xidmətkeçmə haqqında arayışın verilməsi;

5.15.5. vətəndaşın müddətli həqiqi hərbi xidmətə göndərildiyinə dair arayışın verilməsi;”.

5. 5.17-ci bənd aşağıdakı redaksiyada verilsin:

“5.17. qida təhlükəsizliyi ilə bağlı əməliyyatların qeydiyyatı:

5.17.1. qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və müvafiq dövlət reyestrindən çıxarışın (onun dublikatının) verilməsi;

5.17.2. qeydiyyata alınmış subyektlərin reyestr məlumatlarında dəyişiklik edilməsi;

5.17.3. qida təhlükəsizliyi sertifikatının verilməsi;

5.17.4. ixrac edilən heyvanlara və heyvan mənşəli məhsullara beynəlxalq baytarlıq sertifikatının verilməsi;

5.17.5. idxal və istehsal edilən baytarlıq preparatlarının dövlət qeydiyyatına (təkrar qeydiyyata) alınması və bu barədə qeydiyyat şəhadətnaməsinin (təkrar qeydiyyat şəhadətnaməsinin) verilməsi;

5.17.6. bitki və bitkiçilik məhsullarının ixracına (təkrar ixracına) fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatının verilməsi;

5.17.7. daxili karantin sertifikatının verilməsi;

5.17.8. pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin qeydiyyata alınması və qeydiyyat (təkrar qeydiyyat) şəhadətnaməsinin verilməsi;

5.17.9. Avropa İttifaqının yeyinti məhsullarının idxalı ilə bağlı tələblərinin icrasını həyata keçirmək məqsədilə həmin ölkələrə yeyinti məhsullarının ixracı ilə məşğul olan istehsal və emal müəssisələrinə müvafiq sənədlərin (məlumatların) verilməsi;”.

6. 6-cı hissədə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Əmək və Əhalinin Sosial Müdafiəsi” sözləri ilə, “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və” sözləri “Qida Təhlükəsizliyi Agentliyinə və” sözləri ilə əvəz edilsin.

Əlaqədar

"ASAN xidmət"də iki rekord
Əhalinin nəzərinə: Səyyar "ASAN xidmət" səfərə çıxır
"ASAN xidmət"də yeni rekord qeydə alınıb
"ASAN xidmət"dən vətəndaşlara şad xəbər: Daha bir xidmət göstəriləcək
Səyyar "ASAN xidmət" iyulda bu rayonlarda olacaq

Əsas mövzular