15:30 15 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
Sükan arxasındakı qadın

Qadınlara təklif olunan yeni peşə dartışmalara yol açıb, bəzi vətəndaşları dərd götürüb

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
1028420

İşəgötürənlər qadınların avtobus sürməsini istəyir, bəs cəmiyyət necə?

Təranə Xudabaxşiyeva, Sputik Azərbaycan

BAKI, 17 oktyabr — Sputnik. Bir müddət öncə "Xaliq Faiqoğlu" şirkəti ilk dəfə olaraq ictimai nəqliyyatda sürücü kimi işləmək istəyən xanımları əməkdaşlığa dəvət edib. Şirkətin bu iş təklifi cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Hətta bu məsələ sosial şəbəkələrdə belə, geniş müzakirə olunub.

Sputnik Azərbaycan mövzunun aktuallığını nəzərə alaraq, sosial şəbəkə istifadəçilərinin qadınların avtobus sürmələrinə dair münasibətini öyrənib. Sorğumuzda iştirak edənlərin cavablarını olduğu kimi təqdim edirik:

Sevinc Bayramova: "Bu təşəbbüsü çox bəyəndim. Amma sürücülük vəsiqəsi olan xanımların 99%-ində "B" kateqoriyası var. "D" kateqoriyası olan, demək olar ki, yoxdur. Qadın sürücü olsa, sərnişinlərlə səbirlə, incə davranacaq. Ən əsası isə avtobuslar təmiz olacaq. Avtobuslardan ətir iyi gələcək, pəncərələr parlayacaq, sürücü oturacağı altında siqaret kötüyü, tum qabığı, qazlı su qablarının qalıqları olmayacaq, siqaret çəkən sürücülərdən də qismən də olsa, canımız qurtaracaq".

Pərviz Hüseyn: "Məncə, avtobusdakı davaların sayı artacaq. Boş yer görən kimi ildırım sürəti ilə hərəkət edən xalalar bayaqdan kişi sürücülərdən nisbətən qorxurdularsa, artıq qadını görüb daha da qışqıracaqlar. Göz süzdürən kim, minnət qoyan kim, səsini başına atan kim, saçına əl atan kim… Bir sözlə, qadın sürücülər olsa, çox çəkməz, saytlarda macəra dolu videolar görərik".

Samir Güləliyev: "Qadın sürücü olsa, mən o avtobusa minmərəm. Qadın sürücülərin əksəriyyəti şəhərdə minik avtomobillərini idarə edəndə problem yaradır. Qalsın, sərnişin avtobusu idarə edə. Bir onu bilirəm ki, hələ kişi sürücü 42 nəfəri aparıb çırpdı qatara, qadın sürücü olsa, avtobusu təyyarə ilə toqquşduracaq".

Nuranə Abbasova: "Bəzi qadınlar məndən inciməsin, amma qadınların əksəriyyəti avtomobil idarə etməyi bacarmır. Parkinq etməyi isə heç bilmirlər. Yola çıxanda yan güzgülərlə işləmək qadınlıq deyil. Sükan arxasında "Mən qadınam, hamı mənə yol verməlidir" ədası da bir başqa dərddir. Yol verməyəni də borclu çıxarırlar".

Ramil Məmmədov: "İlk növbədə yollarda xanım yol polislərinin olması vacibdir. Daha sonra sərnişindaşımada xanım sürücülərin iştirakı ilə təhlükəsizliyi tam təmin etmək olar. Çünki bizim kişi polislər xanımlara qarşı çox həssasdır və onlara güzəştə gedirlər".

Arzu Babazadə: "Əvvəla bunu deyim ki, Azərbaycanda, hərbi sürücülük təlimlərini çıxmaq şərtilə, "D" kateqoriyası üçün həm xanımlara, həm də bəylərə sürücülük təlimi keçən nə təlimçi, nə də sürücülük məktəbi var. Vətəndaşlar "D" kateqoriyası üçün sadəcə nəzəriyyə dərslərinə hazırlaşıb imtahan verirlər, texniki təlim, yəni sürücülük təlimi isə yoxdur. Sadəcə 2 avtobus firması "D" kateqoriyası olan sürücülərə yenidən təkmilləşdirilmə kursları keçir".

Şahpəri Abbasova: "Zaqatalada uzun müddət taksi fəaliyyəti ilə məşğul olan qadından keçən il müsahibə almışdım. Qadın deyirdi ki, "heç vaxt razı olmaram ki, qızım və ya gəlinim bu işlə məşğul olsun. Öz rahatlıqları üçün şəxsi avtomobillərini idarə etsinlər, amma taksi sürücüsü olmasınlar"".

Qadın sürücü
© Karikatura
Qadın sürücü

Əlaqədar

Azərbaycanlı qadın sürücü qanunu elə pozdu ki...
Bakıda sərxoş qadın sürücü polislərlə "yarışa" girib
Taksi sürücüsü qadın müştərini ayağından tutaraq sürüyüb
Bakıda qadın sərnişin kişi sürücünü döyüb - VİDEO
Azərbaycanda qadın avtobus sürücüsü: "Qorxuram, amma sərnişinlərə hiss etdirmirəm"
Teqlər:
sərnişin, kişi, avtobus, qadın, sürücü

Əsas mövzular