15:29 15 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
Milli Park, arxiv şəkli

Azərbaycanda yeni Milli Park yaradılır, sərəncam verildi

© Sputnik / Rahim Zakiroğlu
CƏMİYYƏT
Qısa URL
220 0 0

Azərbaycan Respublikasının Qızılağac Milli Parkı 99060,0 hektar sahədə yaradılacaq

BAKI, 26 sentyabr — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qızılağac Milli Parkının yaradılması haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncam xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsini, biomüxtəlifliyin qorunub saxlanılmasını, təbii resurslardan səmərəli istifadəsini və ekoturizmin inkişafını təmin etmək məqsədilə imzalanıb.

Sərəncamla Kiçik Qızılağac Dövlət Təbiət Yasaqlığına aid torpaqlardan 10390,89 hektar və Neftçala rayonunun inzibati ərazisində yerləşən dövlət ehtiyat fondu torpaqlarından 309,11 hektar ayrılmaqla, Qızılağac Dövlət Təbiət Qoruğunun (88360,0 hektar) bazasında bu Sərəncama əlavə edilən yerquruluşu planında göstərilmiş 99060,0 hektar sahədə Azərbaycan Respublikasının Qızılağac Milli Parkı yaradılacaq.

Teqlər:
sərəncam, Qızılağac Milli Parkı, Prezident İlham Əliyev

Əsas mövzular