09:43 17 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Bakı İslam Universitetinin binası

Bakı İslam Universiteti ilə bağlı müəmma dolaşır

CC BY-SA 4.0 / Tarkhan Pashazade / Baku Islamic University (cropped photo)
CƏMİYYƏT
Qısa URL
187 0 0

QMİ-nin Mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib ki, bu il qəbul olan şəxslərin Azərbaycan İlahiyyat İnstitutunda təhsil alması barədə qərar qəbul edib

BAKI, 24 sentyabr — Sputnik.  Qafqaz Müsəlmanları İdarəsi (QMİ) müvafiq qurumlarla məsləhətləşmələrdən sonra təsisçisi olduğu Bakı İslam Universitetinə bu il qəbul olan şəxslərin Azərbaycan İlahiyyat İnstitutunda təhsil alması barədə qərar qəbul edib.

Sputnik Azərbaycan "Report" istinadla xəbər verir ki, bunu açıqlamasında QMİ-nin Mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyib.

O bildirib ki, bu qərar Bakı İslam Universitetinə əvvəlki illərdə qəbul olanlara şamil edilmir: "Onlar təhsillərini əvvəlki qaydada davam etdirirlər".

R.Dadaşova Bakı İslam Universitetinə daxil olan şəxslərin Azərbaycan İlahiyyat İnstitutuna köçürülməsinin səbəbini isə orada eyni ixtisas üzrə pulsuz təhsilin olması ilə izah edib.

Qeyd edək ki, təhsil eksperti Kamran Əsədov sosial şəbəkədə "Bakı İslam Universiteti fəaliyyətini dayandırdı" yazıb.

Əlaqədar

QMİ Qurban bayramı ilə bağlı vacib tövsiyələrini açıqladı
QMİ Gəncə hadisələrinə reaksiya verdi
QMİ: Ümrə ziyarətinə görə Səudiyyə Ərəbistanı ilə hələ ki, müqavilə imzalanmayıb
QMİ sədri: “Bəzi dövlətlər bizim daxili işimizə qarışır"
Teqlər:
Bakı İslam Universiteti, Rəhimə Dadaşova, Azərbaycan İlahiyyat İnstitutu, təhsil eksperti Kamran Əsədov, Qafqaz Müsəlmanları İdarəsi

Əsas mövzular