15:18 17 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9230
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev vacib fərman imzaladı

© Official web-site of President of Azerbaijan Republic
CƏMİYYƏT
Qısa URL
625 0 0

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Aparatının işçilərinin say həddi 55 ştat vahidi müəyyən edilib

BAKI, 21 sentyabr — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, fərmanla “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında Əsasnamə” və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturu” təsdiq edilib.

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Aparatının işçilərinin say həddi 55 ştat vahidi müəyyən edilib.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Əlaqədar

Prezident Dövlət Turizm Agentliyinə pul ayırdı
Azərbaycan Prezidenti vacib Fərman imzaladı
İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı fərman imzaladı
İlham Əliyev mühüm fərmana imza atdı
Prezident vacib fondun yaradılması barədə fərman verdi
Teqlər:
struktur, Əsasnamə, Dövlət Turizm Agentliyi, fərman, Prezident İlham Əliyev

Əsas mövzular