06:49 23 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
51 0 0

Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti 1918-ci il sentyabrın 17-də Gəncədən Bakıya köçüb

BAKI, 17 sentyabr — Sputnik. AXC hökuməti Gəncədən Bakıya köçüb.

Qafqaz İslam Ordusu 1918-ci il sentyabrın 15-də Bakını "Sentrokaspi diktaturası" hökumətindən və daşnak tör-töküntülərindən təmizlədikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti 1918-ci il sentyabrın 17-də Gəncədən Bakıya köçüb. Bakı rəsmən Cümhuriyyətin paytaxtı elan edilib.

Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Nazirlər Şurası Bakıda verdiyi ilk bəyanatda bolşeviklərin "Bakı Kommunası"nın və eser-menşevik-daşnak "Sentrokaspi" hökumətinin qəbul etdiyi bütün qərar və dekretlərin öz qüvvəsini itirdiyini, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin milli, dini ayrı-seçkilik etmədən ölkənin bütün əhalisinin hüquqlarını qoruyacağını bəyan edib.

Teqlər:
köçrülmə, Qafqaz İslam Ordusu, Azərbaycan Xalq Cümhuriyyəti, Gəncə, Bakı, paytaxt

Əsas mövzular