20:34 14 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0250
  • EUR1.9190
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu İdarə Heyətinin sədri Sadiq Məmmədov

Qida Təhlükəsizliyi Agentliyində mühüm təyinat

© Foto : AQTA mətbuat xidməti
CƏMİYYƏT
Qısa URL
256 0 0

Sadiq Məmmədov Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri təyin olunub

BAKI, 15 sentyabr — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinə sədr təyin olunub.

Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli əmr imzalayıb.

Əmrə əsasən, Sadiq Ərzuman oğlu Məmmədov Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri təyin olunub.

Qeyd edək ki, S.Məmmədov 1970-ci ildə Salyan rayonunda anadan olub. 1995-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin həkim-kardioloq ixtisasını bitirib. Əmək fəaliyyətinə 1997-ci ildə Salyan rayon Mərkəzi Xəstəxanasının rayonlararası kardioloji dispanserində həkim-kardioloq kimi başlayıb. 2003-2009-cu illərdə “Asfarma“ MMC-də müxtəlif vəzifələrdə çalışıb.

2010-2013-cü illərdə əvvəlcə “Farmservis” MMC-də, daha sonra isə “YurAz Farmasyutikl İndastriz” MMC-də marketinq üzrə menecer vəzifəsində işləyib. 2013-2014-cü illərdə “Avromed” özəl tibb mərkəzində filial direktoru vəzifəsini icra edib.

S.Məmmədovun sonuncu iş yeri Suraxanı Tibbi Bərpa Mərkəzi olub. Məmmədov 2014-2015-ci illərdə həmin mərkəzdə baş həkim, daha sonra isə direktor vəzifələrini icra edib.

Teqlər:
Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyəti, Qoşqar Təhməzli, Qida Təhlükəsizliyi Agentliyi, təyinat

Əsas mövzular