CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təhsilin inkişafında irəliyə doğru addım atılacaq

© Sputnik / Murad OrujovЗаседание парламента Азербайджана, фото из архива
Заседание парламента Азербайджана, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
“Ümumtəhsil haqqında” qanun layihəsi hazırlanacaq

BAKI, 13 sentyabr — Sputnik. Sentyabrın 13-də Milli Məclisin Elm və təhsil komitəsinin payız sessiyasında ilk iclası keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, komitə sədri İsa Həbibbəyli yaz və növbədənkənar sessiyalar ərzində komitədə görülən işlər barədə danışıb: “Hesabat dövründə komitənin 7 iclası keçirilib, bu iclaslarda 16 məsələyə baxılıb. Komitədə müntəzəm olaraq vətəndaşların qəbulu aparılıb, onları narahat edən məsələlərin həlli üçün lazımi köməklik göstərilib”.

Onun sözlərinə görə, hesabat dövründə komitənin ünvanına daxil olan 206 müraciətə, təklif, ərizə və şikayətə müvafiq qaydada baxılıb və onlardan 149 müraciətlə əlaqədar 97 məktub hazırlanıb aidiyyatı üzrə göndərilib.

Sonra İsa Həbibbəyli payız sessiyası ərzində görüləcək işlərdən danışıb: “Bu sessiyada “Ümumtəhsil haqqında” qanun layihəsi hazırlanacaq. Eyni zamanda, bir sıra qanunlara əlavə və dəyişikliklər ediləcək”.

Komitənin 2018-cı il yaz sessiyası dövründə fəaliyyəti qənaətbəxş hesab edilib, 2018-cı il payız sessiyası üçün iş planına baxılıb və təsdiq olunub.

Xəbər lenti
0