07:12 13 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9254
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Prezidentdən 5 yaşayış məntəqəsinin sakinlərinə xoş xəbər

© AZƏRTAC
CƏMİYYƏT
Qısa URL
289 0 0

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,8 milyon manat ayrılıb

BAKI, 7 sentyabr — Sputnik. Prezident İlham Əliyev Hacıqabul rayonunun Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi (103 km)–Navahı–Pirsaat avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, on bir min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi (103 km)–Navahı–Pirsaat avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Teqlər:
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, avtomobil yolu, tikinti, Prezident İlham Əliyev

Əsas mövzular